Pleyeri seçin:

Kiyevdən Moskvaya atəşkəs təklifi: söhbət hansı sahələrdən gedir? - Baku TV

11 noyabr 2026 182 baxış

Ukrayna Qara dənizdə və energetika sektorunda Rusiya Federasiyası ilə atəşkəsə dair təkliflərini beynəlxalq tərəfdaşlarına təqdim edib.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bildirib.

Onun sözlərinə görə, Kiyev deeskalasiyanın tərəfdarıdır və Moskvanın cavabını gözləyərək atəşkəs üçün öz yanaşmalarını təklif edir. Bu məsələlər həmçinin Ukrayna, ABŞ və Rusiya arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar çərçivəsində də müzakirə olunur.

Sibiqa qeyd edib ki, danışıqların əsas mövzuları arasında Ukrayna və Avropa üçün təhlükəsizlik zəmanətləri, eləcə də müharibənin başa çatmasını sürətləndirə biləcək Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski ilə Vladimir Putinin mümkün görüşü yer alır.

Qeyd olunur ki, BƏƏ-də danışıqların ilk raundu təxminən dörd saat davam edib.

Mənbələrin məlumatına görə, tərəflər həmçinin Ukraynanın müharibədən sonrakı bərpası və Avropa təhlükəsizlik arxitekturasının perspektivlərini müzakirə ediblər. Bundan başqa, yaxın vaxtlarda hərbi əsirlərin genişmiqyaslı mübadiləsi barədə razılığın əldə olunduğu bildirilir.

Əbu-Dabidəki danışıqlar noyabrın 11-də davam etməlidir.

Andrey Sibiqa həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini və ABŞ-dan hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü sürətləndirməsini xahiş etdiyini bildirib.

Banner
NATO-nun şimal cinahında hərbi fəallıq artır

NATO-nun şimal cinahında hərbi fəallıq artır

Dünya
24 noyabr 2026 59 baxış
Moskva Avropanın istəyinə nə cavab verəcək?

Moskva Avropanın istəyinə nə cavab verəcək?

Dünya
24 noyabr 2026 56 baxış
Soyuq hava və ixrac fasilələri Avropada qaz bazarına təzyiq göstərir - Baku TV CANLI

Soyuq hava və ixrac fasilələri Avropada qaz bazarına təzyiq göstərir - Baku TV CANLI

Dünya
24 noyabr 2026 57 baxış
Avropada narahatlıq artır | Donbasda irəliləmək Rusiya üçün necə nəticələnir? - Baku TV CANLI

Avropada narahatlıq artır | Donbasda irəliləmək Rusiya üçün necə nəticələnir? - Baku TV CANLI

Dünya
24 noyabr 2026 99 baxış
Rusiyaya sərt xəbərdarlıq | Almaniya Putinə hansı şərti qoydu? - Baku TV

Rusiyaya sərt xəbərdarlıq | Almaniya Putinə hansı şərti qoydu? - Baku TV

Dünya
24 noyabr 2026 105 baxış
Neft və qazla zəngin İranda elektrik enerjisi niyə çatışmır? - Baku TV CANLI

Neft və qazla zəngin İranda elektrik enerjisi niyə çatışmır? - Baku TV CANLI

Dünya
24 noyabr 2026 83 baxış
2,5 min dəniz piyadası regiona göndərilib

2,5 min dəniz piyadası regiona göndərilib

Dünya
24 noyabr 2026 117 baxış
Huanqın sərvəti bir gündə 34 milyard dollara yaxın artıb

Huanqın sərvəti bir gündə 34 milyard dollara yaxın artıb

Dünya
24 noyabr 2026 112 baxış
“Ölkəmizin ərazisindən belə bir hücum həyata keçirilməyib”

“Ölkəmizin ərazisindən belə bir hücum həyata keçirilməyib”

Dünya
24 noyabr 2026 79 baxış
Fransanın şimalında təhlükə | Virus 4,3 min quşdan 80-ni tələf edib

Fransanın şimalında təhlükə | Virus 4,3 min quşdan 80-ni tələf edib

Dünya
24 noyabr 2026 91 baxış
Seçilmişlər
icon