Pleyeri seçin:
Koronavirusla bağlı qərar | Kobaxidze qərarları açıqladı
Gürcüstan hökuməti COVID-19 pandemiyası zamanı karantin rejimi qaydalarını pozduqlarına görə vətəndaşlara yazılan cərimələri siləcək.
Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze məlumat verib. Bildirilib ki, bu amnistiya iki minə yaxın vətəndaşa şamil ediləcək.
Onun sözlərinə görə, 1855 fiziki və 38 hüquqi şəxs pandemiya ilə bağlı cərimələrdən azad olunacaq. Ümumi məbləğ isə 5,6 milyon lari, yəni 2 milyon dollar təşkil edəcək.
“Artıq bir neçə ildir vətəndaşlarımızın cərimələri qalır. Düşünürük ki, onların alınması tamamilə məntiqsiz olardı. Bundan irəli gələrək hökumət iclasda cərimələrin ləğvi ilə bağlı qərar qəbul edəcək. Təklifi Səhiyyə Nazirliyi hazırlayıb”, – deyə Baş nazir bildirib.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- Gürcüstana müharibə xəbərdarlığı edildi? | “Ölkəni böyük sınaq gözləyir”
- Avropa İttifaqı Gürcüstana qarşı faşist kimi davranır | Papuaşvili
- “İvanişvili rejimi banka qapağı kimi Gürcüstanı havasız qoyur” | Saakaşvili
- "Caucasus Eagle 2026" hərbi təlimi nəyə hesablanıb? - 3 ölkənin verdiyi mesaj - HƏRBİ XRONİKA
- Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər - ANA XƏBƏR
