Pleyeri seçin:

“Kral Artur Əfsanəsi”nə aid bu tapıntı alimləri niyə heyrətləndirdi?

17 aprel 2025 435 baxış

Kembric Universitetində "Kral Artur Əfsanəsi"nə aid nadir bir əlyazma aşkarlanıb.

XIII əsrə aid olan sənədin bu günə qədər qorunub saxlanması alimlər tərəfindən mühüm kəşf kimi qiymətləndirilir.

Universitetin 25 mart tarixli açıqlamasına əsasən, tapılan əlyazma "Suite Vulgate du Merlin" adlı Kral Artur haqqında köhnə fransız dilində yazılmış hekayələrin bir hissəsidir.

Sənəd ilk dəfə 2019-cu ildə Kembricdəki kitabxanalardan birində, köhnə bir kitabın cild hissəsində istifadə olunmuş şəkildə təsadüfən aşkar edilib.

Verilən məlumata görə, əlyazma 1500-cü illərdə torpaq mülkiyyətinə dair qeydiyyat kitabının cildi kimi istifadə olunmaq üçün kəsilib, qatlanıb, tikilib və zədələnmiş formada saxlanılıb. Lakin müasir texnologiyaların köməyi ilə alimlər sənədə zərər vermədən onun məzmununu rəqəmsal formada bərpa etməyə nail olublar.

Çoxzolaqlı təsvir, kompüter tomoqrafiyası və 3D modelləmə texnikaları ilə mətn hissələri oxunaraq bir növ rəqəmsal "pazl" kimi birləşdirilib və sənədin detallı məzmunu üzə çıxarılıb.

Araşdırmaçılar əlyazmanın 1275-1315-ci illər arasında yazıldığını və həmin dövrün zadəgan təbəqəsi üçün nəzərdə tutulmuş Artur əfsanələrinin bir hissəsi olduğunu bildirirlər.

Universitet rəsmiləri qeyd ediblər ki, bu cür əlyazmaların əllə çoxaldılması onları unikal edir və sənədlərin mənşəyi ilə bağlı araşdırmalar üçün böyük əhəmiyyət daşıyır.

Hazırda əlyazma Kembric Universitetinin kitabxanasında qoruma altına alınıb, rəqəmsallaşdırıldıqdan sonra tədqiqatçılar üçün əlçatan olacaq.

"Soyuz-5" Karaqandanın Baykonur kosmodromundan orbitə buraxılıb

"Soyuz-5" Karaqandanın Baykonur kosmodromundan orbitə buraxılıb

Dünya
01 may 2026 435 baxış
ABŞ Avropada hərbi kontingentlərini azaldacaq? - Baku TV CANLI

ABŞ Avropada hərbi kontingentlərini azaldacaq? - Baku TV CANLI

Dünya
01 may 2026 435 baxış
Makron Ukrayna və ABŞ-dən geri qalmamaq üçün görün nə edəcək

Makron Ukrayna və ABŞ-dən geri qalmamaq üçün görün nə edəcək

Dünya
01 may 2026 435 baxış
Böyük Britaniya Kralı Şotlandiya viskisinə rüsumların ləğvi qərarını alqışladı

Böyük Britaniya Kralı Şotlandiya viskisinə rüsumların ləğvi qərarını alqışladı

Dünya
01 may 2026 435 baxış
ABŞ-İran münaqişəsi daha şiddətli mərhələyə keçir? - “Daha böyük qələbə üçün...” - Baku TV

ABŞ-İran münaqişəsi daha şiddətli mərhələyə keçir? - “Daha böyük qələbə üçün...” - Baku TV

Dünya
01 may 2026 435 baxış
Günəşdən uzaqlaşan Veneranı da müşahidə etmək olacaq

Günəşdən uzaqlaşan Veneranı da müşahidə etmək olacaq

Dünya
01 may 2026 435 baxış
Qalmaqallı maliyyəçi Epşteyn ilə bağlı yeni detallar üzə çıxıb

Qalmaqallı maliyyəçi Epşteyn ilə bağlı yeni detallar üzə çıxıb

Dünya
01 may 2026 435 baxış
Tropik meşələrin azalması prosesində irəliləyiş var

Tropik meşələrin azalması prosesində irəliləyiş var

Dünya
01 may 2026 435 baxış
“Soyuz-5” Baykonurdan ilk dəfə kosmosa buraxıldı

“Soyuz-5” Baykonurdan ilk dəfə kosmosa buraxıldı

Dünya
01 may 2026 435 baxış
NASA Çinin sürətli inkişafından narahatdır

NASA Çinin sürətli inkişafından narahatdır

Dünya
01 may 2026 435 baxış
Seçilmişlər
icon