Dünya
Pleyeri seçin:

KTMT Ermənistanın suallarını cavabsız qoyur | Simonyan

27 fevral 2024

Rusiya ilə Ermənistan arasında günlərdir davam edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövzusuna dair fikir ayrılığı səngimək bilmir.

Bu dəfə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə verdiyi açıqlamasında Nikol Paşinyanın “KTMT-dəki fəaliyyətimizi dondururuq” ifadəsinə aydınlıq gətirib və hökumət rəhbərinin fikirlərinə haqq qazandırıb:

“Məsələ ondadır ki, Baş nazir Nikol Paşinyan bizim KTMT-də iştirak etməməyimizin elə faktiki olaraq dondurulmuş münasibətlərə bərabər olduğunu bildirib. Biz sözügedən təşkilata sual ünvanlamışıq, lakin bunun cavabını hələ də almamışıq.

Biz soruşduq ki, KTMT-nin məsuliyyət zonası haradadır, siz Ermənistan Respublikasının sərhədlərini tanıyırsınızmı, Ermənistan hansı sərhədlər çərçivəsində KTMT-yə qoşulub? Hələlik bunlara cavab yoxdur. Mənim şəxsi fikrim budur ki, KTMT özü-özünü söndürüb və fəaliyyət göstərmir”.

Alen Simonyan jurnalistlərə açıqlamasında həmçinin Rusiya hərbçilərinin İrəvanda Zvartnots hava limanından çıxarılmasına da münasibət bildirib. Onun sözlərinə görə, onların aeroportdan getməsi daha doğru addım olar. Spiker əlavə edib ki, Ermənistan sərhədlərini qoruya biləcək, lakin rusiyalıların bunu edib-etməyəcəyinə əmin deyil.

Alen Simonyan eyni zamanda regional mövzuya da toxunub. Qeyd edib ki Azərbaycan və Türkiyə ilə dinc yanaşı yaşamağın əleyhinə deyil. “Kimin başqa variantı varsa, onu dinləməyə hazıram”, – deyə parlament sədri jurnalistlərə müraciət edib.

Spiker sonda İrəvanla Bakı arasında münasibətlərdə irəliləyişin olduğunu da vurğulayıb.

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya

Dünya
16 may 2024
Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşdü

Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşdü

Dünya
16 may 2024
Moskvadakı silahlı hücuma görə saxlanılanların həbs müddəti uzadıldı

Moskvadakı silahlı hücuma görə saxlanılanların həbs müddəti uzadıldı

Dünya
16 may 2024
Zelenski Xarkovda yaralı hərbçiləri ziyarət etdi

Zelenski Xarkovda yaralı hərbçiləri ziyarət etdi

Dünya
16 may 2024
Danielyan erməniləri başına topladı | Hökumət binası mühasirə altında

Danielyan erməniləri başına topladı | Hökumət binası mühasirə altında

Dünya
16 may 2024
Fransa DİN-dən vacib məlumat | Yeni Kaledoniyada vəziyyət gərginləşir

Fransa DİN-dən vacib məlumat | Yeni Kaledoniyada vəziyyət gərginləşir

Dünya
16 may 2024
Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

Dünya
16 may 2024
Kişilər sinələri üçün pul tökür, zibilyığan olmağa can atırlar | Rio de Janeyro - ORALARDA NECƏDİR?

Kişilər sinələri üçün pul tökür, zibilyığan olmağa can atırlar | Rio de Janeyro - ORALARDA NECƏDİR?

Dünya
16 may 2024
Rusiya kanallarından gizli məlumat | Ukraynaya xüsusi döyüşçülər göndərilir?

Rusiya kanallarından gizli məlumat | Ukraynaya xüsusi döyüşçülər göndərilir?

Dünya
16 may 2024
Baqrat uşaqlarla inqilaba hazırlaşır? | Keşişin dəhşətə gətirən görüntüləri

Baqrat uşaqlarla inqilaba hazırlaşır? | Keşişin dəhşətə gətirən görüntüləri

Dünya
16 may 2024
Seçilmişlər
icon