Lavrovdan Ukrayna ilə bağlı mühüm açıqlama | Biz Ukraynaya güvənmirik
“Onların tətbiq etdikləri sanksiyalar bizi gücsüzləşdirmədi. Hər bir addımı atmazdan öncə qarşı tərəf buna necə reaksiya verə bilər deyə düşünmək lazımdır. Biz özümüzü toplayıb onlardan asılı olmamaq qərarına gəldik və buna müvəffəq olduq”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya müsahibəsində deyib.
“Rusiyanı strateji olaraq məhv edib sıxışdırmaq istəkləri bəhrə vermədi. Onlar siyasi fiqur kimi bizdən qorxaraq bu addımı atdılar. Amma bilmədilər ki, biz qorxmayacağıq, geri çəkilməyəcəyik. Geri addım atmaq məsələsindən söz düşmüşkən, Rusiya-Ukrayna münaqişəsinə də toxunmaq istəyirəm. Ukraynaya etibar etmirik.
Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutsa və müəyyən irəliləyişlər əldə olunsa belə, biz Rəsmi Kiyevin məkrli planlarının üzə çıxa bilmə ehtimalını nəzərə alaraq hərbi əməliyyatlarımızı davam etdirəcəyik. Volodimir Zelenskinin formulları, ultimatumları və danışıqlardan qaçması Ukraynanı izolyasiya halına salan əsas amildir”, – o qeyd edib.