Dünya
Pleyeri seçin:

Makrondan Yeni Kaledoniya ilə bağlı mühüm açıqlama

23 may 2024

Yeni Kaledoniyada vəziyyət gərgin olaraq qalır.

Belə bir şəraitdə isə sülh yaratmaq adı altında Fransa Prezidenti Emmanuel Makron bölgəyə səfər edib.

Çıxışında isə gözlənilənlərin əksinə, “fransız polisi və jandarm qüvvələri lazım olduğu müddətə qədər Yeni Kaledoniyada qalacaq” deyib:

“Mənim və buradakı nümayəndələrimin, Fransa hökumətinin niyyəti mümkün qədər tez sülhə, əmin-amanlığa və təhlükəsizliyə nail olmaq və bu məqsədlə də əhaliyə daha da yaxın olmaqdır. Bizim əsas prioritetimiz elə budur. Ali komissar və təhlükəsizlik qüvvələrinə, o cümlədən yerli məmurlara təşəkkür edirəm.

Mən bilirəm ki, burada əksər insanlar həm sağlamlıq, həm də yemək tapmaq baxımından çox ciddi əziyyət çəkirlər. Ona görə də bu səfərdə biz iqtisadiyyatın bərpası, ümumi dəstək və potensial təhlükələrə qarşı sürətli reaksiyanın verilməsi kimi məsələləri nəzərdən keçirəcəyik. Yeni Kaledoniyanın gələcəyinin müzakirəsi də nəzərimizdədir.

İndi mən bir sıra qüvvələrin təkliflərini dinləmək üçün Ali Komissarlığın ofisinə gedəcəyəm və günün sonunda qəbul edilən qərarları ictimaiyyətə açıqlayacağam. Mən açıq şəkildə bildirmək istəyirəm. Fransa qoşunları ehtiyac olduğu müddət ərzində burada qalacaq. Hətta Olimpiya və Paralimpiya oyunları keçirilən vaxtda belə bu baş verəcək”.

“Sülh çətiri” altında adaya gələn E.Makronun açıqlaması kanakların sərt reaksiyasına səbəb olub. Onun Fransa Ordusunun burada qalmağa davam edəcəyini bildirməsi Yeni Kaledoniyadakı etirazları daha da alovlandırıb.

Yerli əhali Prezidentin gəlişini boykot edərək yolda əllərində plakatlarla etiraz ediblər.

“Budur, yanğınsöndürən hər yeri alova verəndən sonra əraziyə təşrif buyurub”, – deyə onlardan biri qeyd edib.

Rostov təcridxanasında təhlükəli anlar | İŞİD fəalı olan məhkumlar bu dəfə....

Rostov təcridxanasında təhlükəli anlar | İŞİD fəalı olan məhkumlar bu dəfə....

Dünya
16 iyun 2024
Suriya vətəndaşı Türkiyədə faciə törətdi | Ölənlər və yaralılar var

Suriya vətəndaşı Türkiyədə faciə törətdi | Ölənlər və yaralılar var

Dünya
16 iyun 2024
İsrail ordusu döyüşləri dayandırmaqla bağlı bəyanat yaydı

İsrail ordusu döyüşləri dayandırmaqla bağlı bəyanat yaydı

Dünya
16 iyun 2024
Etiraza yığılanlarla bağlı dəhşətli faktlar | Ermənistanda əməliyyat başlandı

Etiraza yığılanlarla bağlı dəhşətli faktlar | Ermənistanda əməliyyat başlandı

Dünya
15 iyun 2024
Həcc ziyarətində olan zəvvarlar Ərəfatda ibadətə toplaşdı

Həcc ziyarətində olan zəvvarlar Ərəfatda ibadətə toplaşdı

Dünya
15 iyun 2024
Paşinyanın səbri daşdı | Baqrata qoşulanlara sərt cəza

Paşinyanın səbri daşdı | Baqrata qoşulanlara sərt cəza

Dünya
15 iyun 2024
Rusiyanın vilayəti şiddətli atəşə tutuldu | Ölənlərin sayı açıqlandı

Rusiyanın vilayəti şiddətli atəşə tutuldu | Ölənlərin sayı açıqlandı

Dünya
15 iyun 2024
Qəzza sakinləri Qurban bayramına belə hazırlaşır

Qəzza sakinləri Qurban bayramına belə hazırlaşır

Dünya
15 iyun 2024
Korotçenko Nikolun cavabını verdi | 2 ölkə Paşinyanı nəyə məcbur edir?

Korotçenko Nikolun cavabını verdi | 2 ölkə Paşinyanı nəyə məcbur edir?

Dünya
15 iyun 2024
Putinin Ukraynaya qoyduğu şərtlərə digər ölkələr nə deyəcək?

Putinin Ukraynaya qoyduğu şərtlərə digər ölkələr nə deyəcək?

Dünya
15 iyun 2024
Seçilmişlər
icon