Pleyeri seçin:
Mask 4 yaşlı oğluna görə niyə tənqid atəşinə tutuldu?
Amerikalı milyarder İlon Maskın dörd yaşlı oğlu X sosial şəbəkələrin ulduzuna çevrilib.
İ.Mask Ağ Evdə Prezident Donald Trampla birgə mətbuat konfransına oğlunu da aparıb.
Konfrans zamanı X jurnalistlərin diqqətini özünə cəlb edib.
Belə ki, o, tədbirin əvvəlində atasının çiynində əyləşərək ətrafda baş verənləri izləyib.
Bir müddət sonra bezən uşağın üz ifadələri marağa səbəb olub. O, gah yerdə əyləşib, gah D.Trampın masasına söykənib, gah da atasının etdiyi hərəkətləri təkrar edib.
Onun bu görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və maraqla qarşılanıb. Bununla belə, İ.Maskın övladını rəsmi tədbirə aparması bir çox istifadəçilər tərəfindən tənqid də olunub.
Kopyalandı
