Pleyeri seçin:

Məşhur hitləri üstələyən "Homay" | Başqırdların dünyanı heyrətə gətirən mahnısının uğuru

03 aprel 2025 482 baxış

Ufanın "Ay Yola" qrupu bütün dünya üzrə "Shazam" platformasında yeddinci yeri tutaraq Ledi Qaqa və Kendrik Lamarın hitlərini qabaqlayıb.

"Teleqraf" xəbər verir ki, "Homay" mahnısı ahəngdarlığına görə bütün dünyada məşhurlaşıb.

Mahnı başqırd dastanının "Ural-batır" personajı Homaya həsr olunub. Dastanda Homay Samrau adlı kralının qızı kimi təqdim edilir və qəhrəman Ural-Batırın həyat yoldaşıdır. O, Ural-Batırın mübarizələrində mühüm rol oynayır və ona dəstək olur.

Homay obrazı qədim türklərin inanclarında ev, ana, ailə və uşağın simvolu olan Umay, yaxud Homay ilahəsi ilə əlaqələndirilir. Umay türk mifologiyasında doğum və uşaqların hamisi sayılan ilahədir. O, hamilə qadınları və uşaqları qoruyur, bərəkət və rifah gətirir.

Mahnının sözlərində Homayın mənşəyi və xüsusiyyətləri vurğulanır. Tərcümədə deyilir ki, Homayın anası Günəşdir və onu canlı suyu olan bulaqda çimizdirib, atası Samrau isə ona xeyirxahlığı öyrədib. Bu təsvirlər Homayın ilahi və müdrik bir varlıq olduğuna işarədir.

Mahnıda adı çəkilən Akbuzat adlı qanadlı at və almaz qılınc kimi simvollar da türk mifologiyasına aiddir. Akbuzat "Ural-Batır" dastanında Ural-Batırın minərək qəhrəmanlıq göstərdiyi qanadlı atdır.

Mahnının sevilməsinin əsas səbəblərindən biri də elə onun türklərin ortaq dəyərlərini təbliğ etməsidir.

Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama

Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama

Dünya
17 dekabr 2025 482 baxış
Ukraynanın aqibəti necə olacaq?

Ukraynanın aqibəti necə olacaq?

Dünya
17 dekabr 2025 482 baxış
Xarici qoşunlar və sanksiyalar yenidən Kremlin gündəmində

Xarici qoşunlar və sanksiyalar yenidən Kremlin gündəmində

Dünya
17 dekabr 2025 482 baxış
Alimlər "cəhənnəm"i tapdılar

Alimlər "cəhənnəm"i tapdılar

Dünya
17 dekabr 2025 482 baxış
Məktəblinin amansız qətlinə görə təcili tədbir | Tacikistan Rusiyaya nota verdi - Baku TV

Məktəblinin amansız qətlinə görə təcili tədbir | Tacikistan Rusiyaya nota verdi - Baku TV

Dünya
17 dekabr 2025 482 baxış
Ölkəyə səs salan qandonduran qətl | Öldürülən məktəbliyə görə təcili tədbir

Ölkəyə səs salan qandonduran qətl | Öldürülən məktəbliyə görə təcili tədbir

Dünya
17 dekabr 2025 482 baxış
Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb

Zelenski sülh təklifinin rədd ediləcəyi təqdirdə ABŞ-dən gözləntisini açıqlayıb

Dünya
17 dekabr 2025 482 baxış
Benzema sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü

Benzema sevgilisi ilə görüşmək üçün Luvr muzeyini icarəyə götürdü

Dünya
17 dekabr 2025 482 baxış
Rusiyada saxlanılan ukraynalı əsirlərə humanitar yardım göstərilib

Rusiyada saxlanılan ukraynalı əsirlərə humanitar yardım göstərilib

Dünya
17 dekabr 2025 482 baxış
Lukaşenko Alyaska sammitindən əvvəl Trampa məsləhət verib

Lukaşenko Alyaska sammitindən əvvəl Trampa məsləhət verib

Dünya
17 dekabr 2025 482 baxış
Seçilmişlər
icon