Dünya
Pleyeri seçin:
Mirzoyan və Hakan Fidan arasındakı telefon danışığının təfərrüatı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla apardığı telefon danışığının təfərrüatlarını açıqlayıb.
Ölkə mediasının yaydığı məlumata görə, tərəflər bir-birini Yeni il münasibətilə təbrik ediblər. O cümlədən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkə arasında diplomatik normallaşma perspektivlərindən danışan A.Mirzoyan sözügedən prosesin Azərbaycanla münasibətlərin tənzimlənməsinə də təsir göstərəcəyini bildirib.
“Hesab edirəm ki, həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr səviyyəsində dialoq davam etdirilməlidir”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Ararat Mirzoyanla Hakan Fidan arasında telefon danışığı dekabrın 31-də baş tutub.
Kopyalandı
Seçilmişlər