Moskva şəhəri atəş altında | Dəhşətli PUA hücumu ilə bağlı təcili məlumat
Rusiya ilə Ukrayna arasında xüsusi hərbi əməliyyat başlayandan bəri Moskva şəhəri 10 noyabrda ən kütləvi PUA hücumuna məruz qalıb.
Bu barədə məlumat Moskva şəhər meri Sergey Sobyanin tərəfindən yayılıb.
O bildirib ki, Rusiya havadan müdafiə qüvvələri Ukraynanın 32 pilotsuz uçuş aparatını paytaxt üzərində zərərsizləşdirib.
PUA-lar Moskva vilayətinin Ramenskoye, Kolomna və Domodedovo şəhərləri üzərində vurulub. Rusiya tərəfi isə buna cavab olaraq Odessa şəhərinə raketlərlə havadan zərbələr endirib. Nəticədə 1 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Xatırladaq ki, bundan əvvəlki kütləvi dron hücumu sentyabrın 10-da qeydə alınıb. Belə ki, həmin gün Moskva regionuna Ukrayna tərəfi 20 PUA ilə hücum edib. Ümumilikdə isə sentyabrın 10-da Rusiya ərazisində 144 PUA zərərsizləşdirilib.
#Rusiya teqi istifadə olunub
- “Crocus City Hall”da terror aktının əsas iştirakçılarından biri ilk ifadəsini verdi
- ABŞ, Çin və Rusiya arasında yeni nüfuz döyüşü başlayıb? - AKTUAL GÜNDƏM
- "Mən buna imkan verməyəcəyəm" | Trampdan sensasiyalı açıqlama
- “200-dən çox xallı, 100 baş da Altay maralımız var” | Anastasiya Qrafinya
- Böyük Britaniyanın müdafiə nazirindən gözlənilməz açıqlama - Baku TV CANLI
