Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etmir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İranın sabiq ali lideri Əli Xamenei ilə vida mərasimi başlayıb.
Mərasim Tehranın mərkəzində yerləşən İslam İnqilabının lideri ayətullah Ruhullah Xomeyni adına Mosalla ibadət kompleksində keçirilir.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin sözlərinə görə, vida mərasiminə 8 dövlət başçısı və 12 parlament sədri qatılacaq.
Agentlik qeyd edib ki, İraq Kürdüstan Regionunun Prezidenti Nəçirvan Bərzani, Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov artıq Tehrana gəliblər.
İsmayıl Bəqai bildirib ki, 100-ə yaxın ölkə mərasimdə iştirak etmək üçün həm rəsmi nümayəndə heyətləri, həm də ictimai xadimlər və müxtəlif qruplar göndərib.
Tədbirdə qonşu dövlətlərdən olan yüksək səviyyəli nümayəndə heyətləri də iştirak edirlər.
Onun sözlərinə görə, çoxsaylı ölkələri xarici işlər nazirləri, digər hökumət üzvləri və xüsusi nümayəndələr təmsil edirlər.
Bildirilib ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei təhlükəsizlik səbəblərinə görə atası Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.
Tehranda Qətər, Livan, Suriya, Venesuela, Belarus və Şimali Koreyadan olan nümayəndə heyətlərinin də iştirakı gözlənilir. Bununla yanaşı, HƏMAS, "Hizbullah", Yəmən husiləri və İraqdakı şiə qruplaşmalarının nümayəndələrinin də mərasimdə iştirak etməsi planlaşdırılır.
Qeyd edək ki, Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu nəticəsində yaxın ailə üzvləri ilə birlikdə həyatını itirib.
Əli Xameneinin cənazəsi iyulun 9-da Məşhəddə yerləşən İmam Rza türbəsində torpağa tapşırılacaq.
#İran teqi istifadə olunub
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
- Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb
- ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM
- "İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV
