Pleyeri seçin:

“Mülki müqavilə” fraksiyası kimləri mandatdan məhrum etmək istəyir? | Detallar açıqlandı

07 sentyabr 2024 412 baxış

Ermənistanda siyasi sayıqlıq məqsədilə “mandatsızlaşdırma” prosesinə start verilib. “Mülki müqavilə” fraksiyası İrəvan Ağsaqqallar Şurasının 3 müxalifət üzvünü mandatdan məhrum etmək istəyir.

Caliber.az xəbər verir ki, hakim partiya “Milli Tərəqqi” fraksiyasının rəhbəri Qriqor Yeritsyanın, “İctimai səs” fraksiyasının üzvləri Anuş Xudaverdyan və Anuş Qinosyanın səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək istəyir.

Qərar layihəsi Şuranın sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Məlum olub ki, “Milli Tərəqqi”dən Qriqor Yeritsyan rəhbərlik etdiyi komissiyanın 7 iclasından cəmi 1-də, Şuranın 5 iclasından isə 1-də iştirak edib. Onun “İctimai səs”dəki həmkarları Anuş Xudaverdyan və Anuş Qinosyan da o qədər fəal olmayıblar və səslərin yarıdan çoxunu itiriblər.

Q.Yeritsyan da öz növbəsində sosial şəbəkədə yazıb ki, bu, mer Tiqran Avinyanın “qisas almaq” və rəqiblərindən azad olmaq cəhdidir. Onun sözlərinə görə, bu, təhlükəli presedent yaradır, çünki hakimiyyət heç vaxt müxalifət fraksiyasının rəhbərini mandatdan məhrum etməyib.

Daha əvvəl İrəvanın keçmiş meri Ayk Marutyan, “Ana Ermənistan” blokunun üzvləri Narine Ayrapetyan və Sona Axekyan mandatlarından məhrum ediliblər.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 412 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 412 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 412 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 412 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 412 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 412 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 412 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 412 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 412 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 412 baxış
Seçilmişlər
icon