Pleyeri seçin:
“Münaqişənin əsas səbəbi...” | Kamboca-Tailand gərginliyi müharibəyə çevrildi?
Kamboca-Tailand gərginliyi davam edir.
İyulun 24-də Kamboca ordusunun hücumlarına cavab olaraq Tailand da iyulun 25-də artilleriya sistemini işə salıb. Zərbələr əsasən Kamboca ilə sərhəddəki Surin vilayətindən endirilib.
Çünki Kamboca da bu vilayəti hədəf alıb. Surində xəstəxana binası zədələnib. Tibbi personal və xəstələr təxliyə edilib.
Qeyd edək ki, hərbi toqquşmalarda azı 16 nəfər həlak olub. Tailandın Baş nazir vəzfəsini icra edən Phumtham Veçayaçay bildirib ki, atışmalar müharibəyə çevrilə bilər.
Kopyalandı
