Pleyeri seçin:

NATO Ukraynaya dəstəyini davam etdirəcək

04 dekabr 2025 201 baxış

"NATO ölkələri Rusiyadan gələn real və daimi təhdidlərlə üzləşir".

Bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın mülki obyektlərinə və infrastrukturuna hücumlarını gücləndirir, alyans üzvlərinin hava məkanını pozur və kiberhücumlar həyata keçirir.

"Bu gün əsas diqqət müdafiəyə yatırılan sərmayələrə yönəldilib. Nazirlər Haaqada qəbul edilmiş öhdəliyi – hər il ÜDM-in 5 %-nin müdafiəyə cəlb olunması məsələsini müzakirə ediblər. Bu, kollektiv müdafiə üçün əsas vasitələrin, o cümlədən müasir HHM sistemlərinin hazırlanmasına və alınmasına imkan verəcək. Biz bir daha təsdiqlədik ki, Ukraynaya dəstək bu 5 %-lik hədəfə çatmaqda nəzərə alınır, çünki bu, birbaşa olaraq öz təhlükəsizliyimizə töhfə verir. Avropa müttəfiqləri və Kanada investisiyalarını əhəmiyyətli dərəcədə artırır – bu, müsbət haldır. Amma daha çox iş görməliyik", – deyə Baş katib bildirib.

Mark Rutte əlavə edib ki, NATO-ya üzv ölkələr, o cümlədən Kanada, Almaniya, Niderland, Norveç və Polşa PURL çərçivəsində Ukraynaya dəstək üçün əlavə vəsait ayırır.

O, sonda bütün ölkələri 2026-cı ilə qədər öhdəliklərinin icrasını sürətləndirməyə çağırıb.

Buzlu suyun xeyirdən daha çox zərər verir?

Buzlu suyun xeyirdən daha çox zərər verir?

Dünya
14 mart 2026 201 baxış
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib - Baku TV

ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib - Baku TV

Dünya
14 mart 2026 201 baxış
İran göstərilən həmrəyliyə görə Türkiyəyə təşəkkür edib - Baku TV

İran göstərilən həmrəyliyə görə Türkiyəyə təşəkkür edib - Baku TV

Dünya
14 mart 2026 201 baxış
İsrailin hədəfi hara idi? | İranın hərbi obyektləri vurulub - Baku TV

İsrailin hədəfi hara idi? | İranın hərbi obyektləri vurulub - Baku TV

Dünya
14 mart 2026 201 baxış
SEPAH İsrail və ABŞ bazalarına raket zərbələri endirib - Baku TV

SEPAH İsrail və ABŞ bazalarına raket zərbələri endirib - Baku TV

Dünya
14 mart 2026 201 baxış
Məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır | Ərdoğan - Baku TV

Məqsəd Türkiyəni bölgədəki gərginlikdən uzaq tutmaqdır | Ərdoğan - Baku TV

Dünya
14 mart 2026 201 baxış
İranla bağlı kritik qətnamə | Rusiya və Çin necə reaksiya verdi? - Baku TV

İranla bağlı kritik qətnamə | Rusiya və Çin necə reaksiya verdi? - Baku TV

Dünya
14 mart 2026 201 baxış
Körfəz ölkələri "maliyyə cənnəti"ni qoruya biləcək? - Baku TV

Körfəz ölkələri "maliyyə cənnəti"ni qoruya biləcək? - Baku TV

Dünya
14 mart 2026 201 baxış
Pezeşkian ilk dəfə xalq qarşısına çıxdı | İranda son vəziyyət - Baku TV

Pezeşkian ilk dəfə xalq qarşısına çıxdı | İranda son vəziyyət - Baku TV

Dünya
14 mart 2026 201 baxış
Pezeşkian hökumətin qarşısında duran iki əsas vəzifəni açıqlayıb

Pezeşkian hökumətin qarşısında duran iki əsas vəzifəni açıqlayıb

Dünya
13 mart 2026 201 baxış
Seçilmişlər
icon