Pleyeri seçin:

Nazirdən ABŞ-nin planları barədə diqqətçəkən açıqlama

12 fevral 2026 344 baxış

ABŞ-nin hərbi naziri Pit Heqset bildirib ki, Vaşinqton uzun illər digər dövlətlərin təhlükəsizliyini təmin etməyə üstünlük verib və indi əsas diqqət ölkə ərazisinin müdafiəsinə yönəldiləcək.

Bu barədə Pentaqonun yaydığı məlumatda qeyd olunub.

Heqset açıqlamanı Vaşinqtonda 34 ölkənin hərbi rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

Nazirin sözlərinə görə, hazırkı administrasiya ABŞ ərazisinin müdafiəsini yenidən milli silahlı qüvvələrin əsas prioritetinə çevirmək niyyətindədir. O bildirib ki, ABŞ uzun müddət başqa ölkələrin təhlükəsizliyini təmin edib və bu zaman öz təhlükəsizliyinə lazımi diqqət ayırmayıb.

Heqset qeyd edib ki, bunun nəticələri həm ABŞ, həm də digər ölkələr üçün ağır olub. Onun sözlərinə görə, fentanil, kokain və digər təhlükəli narkotiklər ABŞ sərhədindən ölkəyə daxil olaraq milyonlarla amerikalının həyatına mənfi təsir göstərib. Nazir əlavə edib ki, bu təhdidlər nəticəsində ölən amerikalıların sayı bəzi müharibələrdəki itkilərdən daha çoxdur.

O həmçinin vurğulayıb ki, son illərdə ABŞ-yə qanunsuz miqrant axını kəskin artıb və buna görə 2025-ci ildə Meksika ilə sərhədin mühafizəsi üçün silahlı qüvvələr cəlb olunub.

Kopyalandı
“Şimal axını” və “Şimal axını-2”də baş verən partlayışlarla bağlı məhkəmə başladı

“Şimal axını” və “Şimal axını-2”də baş verən partlayışlarla bağlı məhkəmə başladı

Dünya
17 aprel 2026 344 baxış
Pezeşkian ABŞ-nin regiondakı hərbi obyektlərinə zərbə endirilməsinə aydınlıq gətirdi

Pezeşkian ABŞ-nin regiondakı hərbi obyektlərinə zərbə endirilməsinə aydınlıq gətirdi

Dünya
17 aprel 2026 344 baxış
ABŞ-nin Avropa ölkələrinə silah tədarükünü təxirə salmasının səbəbi

ABŞ-nin Avropa ölkələrinə silah tədarükünü təxirə salmasının səbəbi

Dünya
17 aprel 2026 344 baxış
Zelenski Niderland Kralı ilə görüşüb

Zelenski Niderland Kralı ilə görüşüb

Dünya
17 aprel 2026 344 baxış
Avropa İttifaqı ölkələrində demoqrafik böhran yaşanacaq?

Avropa İttifaqı ölkələrində demoqrafik böhran yaşanacaq?

Dünya
17 aprel 2026 344 baxış
Braziliya Prezidenti 80 yaşında idman zalında belə məşq edir

Braziliya Prezidenti 80 yaşında idman zalında belə məşq edir

Dünya
17 aprel 2026 344 baxış
Balinaların bu növünün özünəməxsus "əlifba"sı mövcuddur

Balinaların bu növünün özünəməxsus "əlifba"sı mövcuddur

Dünya
17 aprel 2026 344 baxış
"Yaranan təhdidlərə qarşı dərhal hərəkətə keçəcəyik" | Netanyahudan kritik açıqlama - Baku TV

"Yaranan təhdidlərə qarşı dərhal hərəkətə keçəcəyik" | Netanyahudan kritik açıqlama - Baku TV

Dünya
17 aprel 2026 344 baxış
Dünyaca məşhur qala bərpa olunacaq

Dünyaca məşhur qala bərpa olunacaq

Dünya
17 aprel 2026 344 baxış
Tramp Livan və İsrail liderlərini danışıqlar üçün Ağ Evə dəvət edib

Tramp Livan və İsrail liderlərini danışıqlar üçün Ağ Evə dəvət edib

Dünya
17 aprel 2026 344 baxış
Seçilmişlər
icon