Pleyeri seçin:

Nazirlər Vaşinqtondan sonra Brüsseldə bir araya gələcəklər

17 yanvar 2026 706 baxış

NATO Baş katibi Mark Rutte Brüsseldə qurumun Baş Qərargahında Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldtlə görüşəcək.

Bu barədə blokun mətbuat xidməti məlumat yayıb.

Rutte Qrenlandiyanın təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı NATO çərçivəsində bir sıra məsləhətləşmələr keçiriləcəyini elan edib.

Onun fikrincə, bu, ABŞ-ni inandırmalıdır ki, NATO Qrenlandiyanı yaxşı müdafiə edir və buna görə də onu ilhaq etməyə ehtiyac yoxdur, sadəcə alyansın ərazisi kimi istifadə etmək olar.

“ABŞ və Danimarkanın Qrenlandiya üzrə birgə İşçi Qrupunun iclasları hər iki-üç həftədən bir keçiriləcək”. Belə bir açıqlama ilə isə Ağ Evin mətbuat katibi Kerolayn Levitt çıxış edib.

Danimarka və Qrenlandiya xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey Di Vens və ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən danışıb.

“Yaxşı görüş idi. Həmin görüşdə tərəflər Qrenlandiyanın alınması ilə bağlı texniki danışıqları davam etdirəcək şəxslərdən ibarət işçi qrupu yaratmaq barədə razılığa gəliblər. Mənə məlumat verilib ki, bu danışıqlar hər iki-üç həftədən bir keçiriləcək. Beləliklə, administrasiya danimarkalılar və Qrenlandiyadan olan nümayəndə heyəti ilə danışıqları davam etdirmək niyyətindədir.

Lakin Prezident öz prioritetlərini aydın şəkildə bildirib. O, ABŞ-nin Qrenlandiyanı almasını istəyir. Tramp, bunun bizim milli təhlükəsizlik maraqlarımıza uyğun olduğuna inanır”, – deyə Kerolayn Levitt sonda əlavə edib.

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Ukrayna Luqansk istiqamətində əks-hücuma keçdi? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 706 baxış
"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

"İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan

Dünya
16 sentyabr 2026 706 baxış
Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?

Dünya
16 sentyabr 2026 706 baxış
Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Ölkənin bir neft emalı zavoduna hər 3 gündən bir zərbə endirilir

Dünya
16 sentyabr 2026 706 baxış
Hökumətlər yeni mənbələr axtarışındadır

Hökumətlər yeni mənbələr axtarışındadır

Dünya
16 sentyabr 2026 706 baxış
Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Avropanın üç ölkəsində keçirilən sorğudan diqqətçəkən nəticələr - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 706 baxış
Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Sensasiya: Zelenskinin təyyarəsinə iki dəfə hücum cəhdi olub? - Baku TV CANLI

Dünya
16 sentyabr 2026 706 baxış
Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Şengen zonasına daxil olan 9 ölkə biometrik məlumatların toplanmasını hələlik tətbiq etməyəcək

Dünya
16 sentyabr 2026 706 baxış
Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Alimlər Günəş sisteminin uzaq sərhədlərində 27 yeni kosmik obyekt müəyyən ediblər

Dünya
16 sentyabr 2026 706 baxış
Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Alimlər Ay missiyalarının qarşısındakı əsas təhlükəni və mümkün maneələri açıqlayıblar

Dünya
16 sentyabr 2026 706 baxış
Seçilmişlər
icon