“Nə biz, nə də iranlılar...” | Netanyahudan diqqətçəkən etiraf
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana qarşı müharibədən əvvəl Hörmüz boğazındakı vəziyyətin mümkün nəticələrini tam qiymətləndirə bilmədiyini etiraf edib.
Netanyahu bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.
İlkin mənbəyə görə, İsrail hökumət başçısından mediada yayılan, onun əməliyyatdan əvvəl ABŞ tərəfinə İran rəhbərliyinin o qədər zəifləyəcəyini və Hörmüz boğazını bağlaya bilməyəcəyini söyləməsi barədə məlumatlara münasibət bildirməsi istənilib.
“Düşünmürəm ki, bunu dəqiq hesablamaq mümkün idi. Amma hesab edirəm ki, Hörmüz boğazı məsələsinin əhəmiyyəti döyüş əməliyyatları zamanı daha aydın başa düşüldü”, – Netanyahu deyib.
O bildirib ki, vəziyyətin yanlış qiymətləndirildiyini tam şəkildə qəbul etmir: “Mən hadisələri ideal şəkildə qabaqcadan görə bildiyimi iddia etmirəm və heç kim buna qadir deyil. İranlılar da daxil olmaqla”.
#Benyamin Netanyahu teqi istifadə olunub
- Livan razılaşması fonunda Beyrutda gərginlik
- ABŞ-İran sazişi İsrailin uzun illərdir qurduğu strategiyanı pozur - Baku TV
- İslam Respublikası "İbrahim sazişləri"ni parçalayır? - Baku TV
- Təl-Əvivdən Tehrana nüvə hədəsi: Bölgədə genişmiqyaslı müharibə riski - Baku TV
- Netanyahu "atəşi dayandırmaq" tapşırığı verdi
