Pleyeri seçin:

Livan razılaşması fonunda Beyrutda gərginlik

27 iyun 2026 17 baxış

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla bağlı imzalanan çərçivə sazişini İrana qarşı mühüm zərbə kimi qiymətləndirib.

O bildirib ki, uzun danışıqlardan sonra əldə olunan razılaşmanın ən vacib nəticəsi İsrailin Livanın cənubundakı təhlükəsizlik zonasında qalmasıdır.

Netanyahunun sözlərinə görə, İsrail qoşunları “Hizbullah” tam silahsızlaşdırılana və ölkə üçün təhlükə aradan qalxana qədər həmin əraziləri tərk etməyəcək.

Baş nazir əlavə edib ki, İsrail Livan Ordusuna bəzi ərazilərdə nəzarəti ələ almağa imkan verir və bu çərçivədə cənubda iki “pilot zona”nın yaradılması nəzərdə tutulur.

O həmçinin vurğulayıb ki, bu razılaşma Tehranın bölgədəki təsirinə qarşı ciddi mesajdır.

Netanyahu onu da qeyd edib ki, İsrail, ABŞ və Livan bu addımla İrana açıq şəkildə bildirir ki, bölgədə baş verən proseslərə müdaxilə etməməlidir. Onun sözlərinə görə, təhlükəsizlik zonasında qalmaq İsrailin müdafiə strategiyasının əsas hissəsidir.

Baş nazir həmçinin qeyd edib ki, əldə olunan razılaşma regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərə bilər.

Bu açıqlamalar fonunda Livanda daxili vəziyyət də gərgin olaraq qalır. Beyrutda “Hizbullah” tərəfdarlarının aktiv olduğu ərazilərdə etiraz aksiyaları keçirilib. Paytaxtın mərkəzində və hava limanına gedən magistral yolda etirazçılarla ordu arasında toqquşmalar baş verib. Etirazçılar hərbçilərə daş atıb, nəticədə vəziyyət daha da gərginləşib.

Livan Ordusu hadisələrdən sonra paytaxtın mərkəzində nəzarəti yenidən bərpa edib və əlavə qüvvələr cəlb olunub. Təhlükəsizlik tədbirləri gücləndirilsə də, saxlanılanlarla bağlı rəsmi məlumat verilməyib.

Bununla yanaşı, şəhərin bəzi hissələrində gərginliyin davam etdiyi bildirilir. Yerli mənbələr etirazların genişlənə biləcəyini istisna etmir. Hakimiyyət isə vəziyyəti tam nəzarətdə saxlamaq üçün əlavə tədbirlər görür.

Çin Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi

Çin Amerika Birləşmiş Ştatlarına xəbərdarlıq etdi

Dünya
27 iyun 2026 17 baxış
Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar davam edir

Dünya
27 iyun 2026 17 baxış
Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb | Zelenski

Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb | Zelenski

Dünya
27 iyun 2026 17 baxış
27 min insanın məlumatlarının təhlili nəyi üzə çıxardı?

27 min insanın məlumatlarının təhlili nəyi üzə çıxardı?

Dünya
27 iyun 2026 17 baxış
Yerkökünün inanılmaz faydaları var imiş

Yerkökünün inanılmaz faydaları var imiş

Dünya
27 iyun 2026 17 baxış
Livan və İsrail münaqişəyə son qoya biləcək çərçivə sazişini təsdiqləyiblər - Baku TV CANLI

Livan və İsrail münaqişəyə son qoya biləcək çərçivə sazişini təsdiqləyiblər - Baku TV CANLI

Dünya
27 iyun 2026 17 baxış
Türkiyə ABŞ-İran danışıqlarına da töhfə verməyə razılıq verib

Türkiyə ABŞ-İran danışıqlarına da töhfə verməyə razılıq verib

Dünya
27 iyun 2026 17 baxış
İran Hörmüz boğazında gəmilərə dronlarla hücum edib | Tramp

İran Hörmüz boğazında gəmilərə dronlarla hücum edib | Tramp

Dünya
27 iyun 2026 17 baxış
"Quran ayələri ilə işləmək başqa bir mətn yazmağa bənzəmir" | Əli Qassim

"Quran ayələri ilə işləmək başqa bir mətn yazmağa bənzəmir" | Əli Qassim

Dünya
27 iyun 2026 17 baxış
NATO-nun Ankara sammiti Haaqadakı görüşdən daha vacib ola bilər | Rutte

NATO-nun Ankara sammiti Haaqadakı görüşdən daha vacib ola bilər | Rutte

Dünya
27 iyun 2026 17 baxış
Seçilmişlər
icon