“İnsanların olduğu yerdə qorxur” | Bu kişi ədalətsizlik sayəsində varlandı, amma... - Baku TV
İllərlə günahsız yerə həbsdə qalan və sonradan bəraət alan şəxslərin kompensasiya almaq hüququ var.
Qanunvericiliyə əsasən, belə şəxslər maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərlər.
Bunun ən diqqətçəkən nümunələrindən biri yaponiyalı Hakamata İvao ilə bağlıdır. O, 1966-cı ildə qətldə təqsirləndirilərək məhkum olunub və 47 il həbsdə qalıb. Lakin illər sonra məlum olub ki, Hakamatanın bu cinayətlə heç bir əlaqəsi yoxdur və məhkəmə ona bəraət verib. Təxminən yarım əsrə yaxın həbsdə qalan Hakamata daha sonra məhkəməyə müraciət edib və ona 1,7 milyon dollar təzminat ödənilib.
Ölkəmizdə də bu kimi hallarla üzləşən vətəndaşlar var. Bəzi şəxslər müxtəlif hadisələrdə ittiham olunaraq illərlə azadlıqdan məhrum edilirlər. Bu isə onların həm psixoloji vəziyyətinə, həm də şəxsi həyatına ciddi təsir göstərir.
Psixoloqlar bildirirlər ki, uzun müddət günahsız həbsdə qalmaq insan psixologiyasında dərin travmalar yaradır. Belə şəxslər xroniki çarəsizlik hissi yaşayır, kabuslar görür, qapalı məkanlardan və insan çoxluğundan qorxmağa başlayırlar. Bu proses cəmiyyətə yadlaşma, insanlara qarşı güvənsizlik, qəzəb və hətta paranoyaya səbəb ola bilər.
