Ermənistan Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığı davam etdirəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində çox sıx və fəal işləyir, bu fəaliyyət davam etdiriləcək”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan AİB-də geri dönüşü olmayan mənfi proseslərin baş verdiyi qənaətində deyil, bu səbəbdən də təşkilat daxilində fəal əməkdaşlığı davam etdirmək niyyətindədir.
O qeyd edib ki, mövcud problemlərin həll ediləcəyinə inanır, çünki əks halda bu, AİB-in özü üçün ciddi nəticələr doğura bilər.
Baş nazir xatırladıb ki, AİB əmək qüvvəsinin, malların, xidmətlərin və maliyyənin sərbəst hərəkəti prinsipləri üzərində qurulub. Onun fikrincə, əgər bu prinsiplər işləmirsə, deməli, ittifaq da faktiki olaraq mövcud deyil.
“Hesab edirik, AİB mövcuddur və üzv dövlət kimi düşünürük ki, müəyyən anlaşılmazlıq yaranıb və buna görə elə təəssürat formalaşıb ki, sanki ittifaq işləmir. Əgər AİB özü bəyan etsə ki, artıq yoxdur, onda bizim edə biləcəyimiz nə var? Biz AİB-in üzvüyük və onun çərçivəsində işləyirik. Əgər varsa, var, yoxdursa, deməli yoxdur”, – Paşinyan əlavə edib.
Xatırladaq ki, Rusiya Ermənistandan Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçim tələb edir. Rəsmi Moskvanın fikrincə, Ermənistanın Avropa İttifaqına üzvlüyü qərarı AİB-ə üzvlüyə uyğun gəlmir.
#Ermənistan teqi istifadə olunub
- İrəvananın Qərb kursu Moskvada narahatlıq doğurur | Rusiya senatoru xəbərdarlıq etdi - Baku TV CANLI
- Rusiyadan Ermənistana sərt xəbərdarlıq | İrəvanın Qərb seçiminin bədəli nə olacaq? - Baku TV
- Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə Bakıdan etiraz
- Dublində İlham Əliyev Nikol Paşinyanla görüşüb - Baku TV
- İrandan Paşinyana əvvəl xəbərdarlıq, sonra tərəfdaşlıq mesajı - AKTUAL GÜNDƏM
