Rusiyadan Ermənistana sərt xəbərdarlıq | İrəvanın Qərb seçiminin bədəli nə olacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya siyasəti Moskvada getdikcə daha sərt reaksiyalar doğurur. Rusiya rəsmiləri İrəvanın hazırkı xarici siyasət kursunun ölkəni ənənəvi müttəfiqlərindən məhrum edə biləcəyi barədə xəbərdarlıq edirlər.
Bu barədə Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan rəhbərliyi ölkənin gələcək xarici siyasət istiqaməti ilə bağlı qərar verməyi uzadır. Bu, həm Avropa İttifaqına mümkün inteqrasiya, həm də Avrasiya İqtisadi İttifaqında üzvlüyün davam etdirilməsi məsələlərinə aiddir.
"Düşünürəm ki, Ermənistanın indiki rəhbərləri odla oynayırlar. Belə davranmaqla onlar Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri timsalında ən sadiq, etibarlı və təbii müttəfiqlərini itirə bilərlər", – deyə Vladimir Cabarov bildirib.
O, KTMT-nin Ermənistanı səsvermə hüququndan məhrum etməsi barədə qərarını da müdafiə edib. Vladimir Cabarovun fikrincə, təşkilata üzv dövlətlərin bu addımı əsaslıdır və KTMT-nin nizamnaməsinə uyğundur.
"Ermənistan nümayişkaranə şəkildə heç bir tədbirdə iştirak etmir, üzvlük haqlarını ödəmir. Daim bəyan edirlər ki, guya artıq təşkilatdan çıxıblar. Halbuki bununla bağlı heç kim rəsmi müraciət təqdim etməyib", – deyə Vladimir Cabarov vurğulayıb.
Qeyd edək ki, Vladimir Cabarov özü erməni əsillidir.
#Rusiya teqi istifadə olunub
- Vaşinqton Avropanın gələcək təhlükəsizliyi ilə bağlı razılaşma istəyir
- Hərbi təhlükəsizlikdə gərgin anlar | Paşinyan Moskvadan niyə aralanır? - Baku TV
- Rusiya Ukraynanın atəşkəs təklifinə nə cavab verəcək? - Baku TV CANLI
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
