Netanyahu İranda əməliyyatın nəticələrinin qeyri-müəyyən olduğunu deyib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla fevral ayında keçirdiyi görüşdə İrana qarşı birgə hərbi əməliyyatın ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyinə dair heç bir zəmanət vermədiyini bildirib.
Netanyahu bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
İlkin mənbəyə görə, “New York Times” qəzeti apreldə yaydığı məlumatda Netanyahu ilə Tramp arasında fevralın 11-də keçirilən qapalı görüşdə İsrail liderinin İrana qarşı müharibənin “İslam Respublikasının sonu olacağına” inandığını yazmışdı.
Netanyahu isə bildirib ki, əksinə, əməliyyatın nəticələrinin qeyri-müəyyən olduğunu vurğulayıb:
“Mən bunu nəinki qeyd etmişdim, hətta hər ikimiz razılaşmışdıq ki, burada təkcə qeyri-müəyyənlik yox, həm də risklər var”.
İsrail Baş naziri əlavə edib ki, Trampla müzakirələr zamanı hərbi əməliyyatsız qalmağın daha böyük təhlükə yaratdığı fikrini səsləndirib.
#Benyamin Netanyahu teqi istifadə olunub
- “Nə biz, nə də iranlılar...” | Netanyahudan diqqətçəkən etiraf
- "İranın uran zənginləşdirməsi davam etdiyi üçün əməliyyatlar tam bitməyib" | Netanyahu - Baku TV
- İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib
- İranla mümkün razılaşmanın şərtləri | İsrail ekspertləri açıqladı
- İsraildən “Hizbullah”a ağır zərbələr gələcək? - Baku TV
