Pleyeri seçin:
Netanyahu israilli köçkünləri zorakılıqdan uzaq durmağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində yerləşən Qusra kəndində israilli köçkünlərin fələstinlilərə qarşı hücumlarını pisləyib.
Netanyahu bildirib ki, köçkünlər ordunun təhlükəsizlik əməliyyatlarına müdaxilə etməməli və bu məsələləri İsrail ordusu ilə polisə həvalə etməlidirlər.
“Kəndə daxil olmaq istəyirsiniz? Daxil olmayacaqsınız. Bu, sizin işiniz deyil”, – deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, köçkünlərin bu cür hərəkətləri İsrailin məskunlaşma siyasətinə zərər vurur və ölkəyə beynəlxalq təzyiqi artırır.
Bununla belə, Netanyahu İordan çayının qərb sahilində İsrail məskənlərinin genişləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.
Kopyalandı
#Benyamin Netanyahu teqi istifadə olunub
- "İranla bağlı 3 variant var" | Netanyahudan qalmaqallı mesaj - Baku TV CANLI
- Netanyahudan şok iddia | Sui-qəsd cəhdinin arxasında kim dayanır? - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
- Netanyahunun orduya verdiyi sərt təlimat böyük müzakirə doğurdu - Baku TV CANLI
- Netanyahu Suriyaya son xəbərdarlığını etdi | İsrail ordusu hərəkətə keçdi - Baku TV
