Netanyahu Livan xalqına müraciət etdi
İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciət edib.
O, iki dövlət arasındakı hərbi münaqişəyə görə məsuliyyəti "Hizbullah" qruplaşmasının üzərinə atıb.
Baş nazir videomüraciətini "X" sosial şəbəkəsindəki hesabında yayımlayıb.
O qeyd edib ki, İsrail Livanla sülhə köklənib və ölkənin əhalisi ilə yox, Livanı İsrailə qarşı terror hücumları həyata keçirmək üçün girov halına gətirən "Hizbullah" hərəkatının yaraqlıları ilə vuruşur.
"İsrail sizinlə sülh istəyir. Gələcəyinizi seçin. İsrailə qoşulun. Bütün uşaqlarımız üçün təhlükəsizlik və rifahı təmin edin. "Hizbullah" məhv edildikdən sonra isə qarşınızda hüdudsuz imkanlar açılacaq", – deyə o bildirib.
Netanyahu iddia edir ki, İran və "Hizbullah" livanlıları və israilliləri yenidən müharibəyə aparmağa çalışır. O bildirib ki, İsrail Müdafiə Ordusu "Hizbullah"ın silahlı dəstələrinin təxmini 10 min üzvünü öldürüb.
"Biz Cənubi Livanı bu fanatiklərdən planlı şəkildə təmizləyirik. Onlar harada olsalar da, biz onları tapacağıq", – deyə Baş nazir əlavə edib.
#İsrail teqi istifadə olunub
- ABŞ-İran dialoqu regiona necə təsir edəcək? - Baku TV
- Tramp quru savaşının anonsunu verdi: danışıqlar bitdi? - AKTUAL GÜNDƏM
- Husilər Qırmızı dənizdə gəmilərin hərəkətinə qadağa qoyacaq
- Livanın cənubunda gərginlik: İsrailin hücumları intensivləşir
- Təhlükəsizlik narahatlığı ABŞ-İsrail münasibətlərini yenidən gündəmə gətirdi - Baku TV
