Pleyeri seçin:
Nümayəndələr Palatasından qovulan bu konqresmen niyə həbs edildi?
Nyu-York ştatının Məhkəməsi 2023-cü ildə ABŞ Nümayəndələr Palatasından qovulan respublikaçı Corc Santosu dələduzluq və şəxsi məlumatların oğurluğu ittihamı ilə 87 ay həbs cəzasına məhkum edib.
Bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Xəbərə görə, məhkəmə həbs müddəti ilə yanaşı, 36 yaşlı C.Santosun 374 min dollar təzminat ödəməsi barədə qərar qəbul edib.
2024-cü ilin avqustunda C.Santos seçkiöncəsi kampaniya vəsaitlərini şəxsi məqsədlərə, o cümlədən bahalı dizayner geyimlərinə minlərlə dollar xərclədiyini etiraf edib. O, işləməsinə baxmayaraq, pandemiya zamanı işsizlik müavinəti alıb.
Bundan əlavə, C.Santos gəlirləri ilə bağlı Konqresə yalan məlumat verib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ
- ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV
- Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI
- Arizona ştatındakı hərbi bazada atışma baş verib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
