Ölənlərin sayı artdı | İrandakı silahlı basqının arxasında kim var imiş?
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına edilən silahlı hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bildirilib ki, bir neçə silahlı şəxs binaya daxil olaraq atəş açıblar. Onlar əvvəlcə məhkəmə binasına, sonra isə ətrafdakı mülki insanlara hücum ediblər.
SEPAH tərəfindən yayılan rəsmi məlumatda qeyd olunub ki, hadisə nəticəsində 22 nəfər yaralanıb. Ölən və yaralananların əksəriyyəti mülki və təhlükəsizlik orqanının əməkdaşlarıdır. Hücuma görə məsuliyyəti “Ceyş əl-Zolm” terror qruplaşması öz üzərinə götürüb.
Məhkəmə binası ətrafında təhlükəsizlik əməliyyatları aparılır. Əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.
Rəsmilər bildirirlər ki, hücumla bağlı istintaq davam edir və cinayəti törədənlərin sayı və kimliyi barədə hələlik tam məlumat verilmir. Məhkəmə binasının işçiləri hüquq-mühafizə orqanlarının köməyi ilə təxliyə ediliblər. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
#İran teqi istifadə olunub
- İranda ehtimal olunan 20 məkan araşdırılıb | Nüvə obyektlərində son vəziyyət - Baku TV
- "Tehran ABŞ-nin bu istəyini yerinə yetirməyəcək" | Əraqçidən açıqlama - Baku TV CANLI
- İsrailin ərəb ölkələri ilə iş prinsipi | Ekspertlər nələri açıqladı? - Baku TV
- Nüvə proqramı ilə bağlı danışıqlar davam etdiriləcək? - Baku TV
- Maskatda ABŞ və İran arasındakı danışıqlar necə yekunlaşacaq? - Baku TV
