Pleyeri seçin:

Ottava Vaşinqtonla ortaq razılaşmanın əldə edilə biləcəyinə ümid edir

09 sentyabr 2026 241 baxış

Kanadanın ABŞ ilə ticarət razılaşması hələ də mümkündür, lakin hər iki tərəfin maraqları nəzərə alınmalıdır.

Bu barədə Kanadanın Baş naziri Mark Karni öz "YouTube" kanalında yayımladığı videomüraciətində bildirib.

"ABŞ ilə ticarət danışıqlarımız uğursuz olub, bizə təklif olunan şərtlərlə razılaşa bilməzdik. Açığını desək, bu üzücüdür, çünki Kanada və ABŞ arasında qarşılıqlı faydalı ticarət sazişi mümkündür. Bu, suverenliyə hörməti nəzərdə tutmalı, güclü tərəflərimizə əsaslanmalı, sərhədin hər iki tərəfindəki ailələr üçün qiymətlərin ucuzlaşmasına və iş yerlərinin yaradılmasına kömək etməlidir", – deyə o qeyd edib.

Mark Karni əlavə edib ki, sentyabrın 8-də Ottavanın ABŞ məhsullarına dollara dollar prinsipi ilə cavab rüsumları qüvvəyə minib.

"Mən münaqişənin eskalasiyasına inanmıram və bunu konstruktiv hesab etmirəm. Lakin bu rüsumlar işçilərimizi, şirkətlərimizi və cəmiyyətimizi qorumaq məqsədi daşıyır", – deyə o əlavə edib.

Karni qeyd edib ki, ölkə hakimiyyəti ABŞ ilə ticarət müharibəsi şəraitində yerli istehsalçıların maraqlarını qorumaq naminə istənilən şeyi və nə qədər tələb olunarsa etmək niyyətindədir.

Onun sözlərinə görə, birinci mərhələdə hökumət bu məqsədlər üçün 7,5 milyard dollar ayıracaq. Bundan əlavə, Karni vurğulayıb ki, Ottava gələcəkdə Avropa və Asiya ölkələri ilə ticarət əlaqələrini gücləndirməyi planlaşdırır.

Kopyalandı
Banner
Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 241 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 241 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 241 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 241 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 241 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 241 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 241 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 241 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 241 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 241 baxış
Seçilmişlər
icon