Pleyeri seçin:

Pakistan İrana qarşı hərəkətə keçdi

18 yanvar 2024 364 baxış

Pakistan rəhbərliyi Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında əmr imzalayıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd edilib ki, bu qərar İranla münasibətlərin gərginləşməsi fonunda qəbul edilib. Bildirilib ki, rəsmi Tehranın İslamabada qarşı istənilən avantürasına sərt cavab veriləcək.

Bu arada Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyub və İslamabada qayıdıb. Bu barədə xarici media məlumat yayıb. Qeyd edilib ki, Baş nazir sərhəddə vəziyyət gərginləşdiyi üçün təcili olaraq vətəninə qayıtmaq qərarına gəlib.

İran isə Pakistanın Tehrandakı müvəqqəti işlər vəkilindən izahat tələb edib. Ölkənin Xarici İşlər Nazirliyi diplomatı Pakistan Hərbi Hava Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətinə aviazərbələrin endirilməsinə aydınlıq gətirməsi üçün nazirliyə dəvət edib. Rəsmi İslamabad isə bildirib ki, Pakistan yanvarın 18-də sözügedən ərazilərdə yaşayış yerlərini deyil, terrorçuların mövqeyini bombalayıb.

Bu arada Türkiyə Pakistanla İran arasında vasitəçilik təklif edib. Ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi Ankara Tehran və İslamabad arasında yaranan gərginlikdən narahatdır.

Bəyanatda qeyd olunub ki, Türkiyə problemin BMT prinsipləri, ölkələrin ərazi bütövlüyü və suverenliyi əsasında həllinin vacib olduğuna inanır. Rəsmi Ankara tərəfləri dialoqa çağıraraq Türkiyənin prosesə töhfə verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Pakistan İranla sərhədyanı ərazidə antiterror əməliyyatı həyata keçirib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətinin Seravan rayonunda yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.

Hava hücumlarının yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib. Bildirilib ki, həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda bir neçə terrorçu məhv edilib.

“Reuters” agentliyinin məlumatına görə, Pakistanın Hərbi Hava Qüvvələrinin təyyarələri gecə İranda hədəflərə zərbə endirmək üçün ölkənin hava məkanına daxil olub, hücumdan sonra isə Pakistan ərazisinə geri dönüb. Əməliyyatda neçə təyyarədən istifadə olunduğu açıqlanmayıb.

İran mediası isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda azı 9 nəfərin öldüyünü bildirib. Həlak olanlar arasında qadınların və uşaqların da olduğu vurğulanıb.

Karabağ 2-1 Ajax

Karabağ 2-1 Ajax

Dünya
10 dekabr 2025 364 baxış
Avstraliyada yeni qanun qüvvəyə minib

Avstraliyada yeni qanun qüvvəyə minib

Dünya
10 dekabr 2025 364 baxış
Rusiya NATO və Aİ ölkələrinə cavab verdi

Rusiya NATO və Aİ ölkələrinə cavab verdi

Dünya
10 dekabr 2025 364 baxış
Ukraynada siyasi vəziyyət gərginləşir | Zelenski ABŞ və Avropadan əsas istəyini açıqladı - Baku TV

Ukraynada siyasi vəziyyət gərginləşir | Zelenski ABŞ və Avropadan əsas istəyini açıqladı - Baku TV

Dünya
10 dekabr 2025 364 baxış
ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV

ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV

Dünya
10 dekabr 2025 364 baxış
83 yaşında “TikTok”a girən ulduz | Entoni Hopkins 3-cü arvadı barədə nəyi etiraf etdi? - ARAŞDIRMA

83 yaşında “TikTok”a girən ulduz | Entoni Hopkins 3-cü arvadı barədə nəyi etiraf etdi? - ARAŞDIRMA

Dünya
10 dekabr 2025 364 baxış
İddia: Məşhur iş adamı rusiyalı modeli döydü

İddia: Məşhur iş adamı rusiyalı modeli döydü

Dünya
10 dekabr 2025 364 baxış
Dünyanın çoxqütblü olması artıq qaçılmazdır | Lavrovdan xəbərdarlıq

Dünyanın çoxqütblü olması artıq qaçılmazdır | Lavrovdan xəbərdarlıq

Dünya
10 dekabr 2025 364 baxış
Sensasiya: İki nəhəng avtomobil şirkəti Çinə qarşı birləşdi

Sensasiya: İki nəhəng avtomobil şirkəti Çinə qarşı birləşdi

Dünya
10 dekabr 2025 364 baxış
“Porsche” rəhbəri 82 yaşında 4-cü dəfə evləndi

“Porsche” rəhbəri 82 yaşında 4-cü dəfə evləndi

Dünya
10 dekabr 2025 364 baxış
Seçilmişlər
icon