Pleyeri seçin:
Pakistanda etirazçılar 14 hökumət binasını yandırdı
Pakistanın sabiq baş naziri İmran Xanın tərəfdarları hazırkı baş nazir Şahbaz Şərifin Lahordakı iqamətgahına hücum ediblər.
Polis bildirib ki, 500-dən çox etirazçı baş nazirin iqamətgahına gələrək avtomobilləri yandırıb, əraziyə bombalar atıblar. Nümayişçilər Lahordakı polis postuna da od vurublar.
Bildirək ki, İmran Xanın tərəfdarları son 2 gün ərzində ümumilikdə Pəncabda yerləşən 14 hökumət binasını və 21 polis avtomobilini yandırıblar. Etirazçılarla polis arasında baş verən toqquşmalarda azı 10 nəfər ölüb, 2 minə yaxın insan yaralanıb.
Xatırladaq ki, sabiq baş nazir mayın 9-da məhkəmə zalında həbs edilib. İmran Xanın həbsindən sonra onun tərəfdarları küçələrə axışaraq etirazlara başlayıblar.
Kopyalandı
#Pakistan teqi istifadə olunub
- Pakistan və Əfqanıstan nədə razılığa gələ bilmədi?
- İmran Xanın ölüm xəbəri gerçək imiş, yoxsa...
- “İmran xanı hakimiyyətə gətirənlər də cəzalandırılmalıdır” | Nəvaz Şərif
- İmran Xanın müəmmalı ölümü ilə bağlı iddia | Sabiq baş nazirin bacıları nələri açıqladı?
- Pişəvər şəhərindəki partlayış və atışmada həlak olanlar var
