Paşinyan Putinin bu xahişini niyə yerinə yetirmədi?
“Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Konstitusiya Məhkəməsinin xarici pasport sahiblərinin Ermənistan seçkilərində iştirakına icazə vermədiyini bilsəydi, bunu gündəmə gətirmək istəməzdi”.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vladimir Putinlə rusiyalı iş adamı Samvel Karapetyanın parlament seçkilərində iştirakı ilə bağlı söhbəti barədə jurnalistlərə deyib.
“Rusiya Prezidenti gündəliyinə baxmayaraq, detallara girə bilməzdi. Hesab edirəm ki, bu incə nüansı ona çatdırmayıblar. Ermənistan Konstitusiyası və qanunlarını bu qədər detallı Rusiya Prezidentinin özü araşdırmalı idi? Əlbəttə, yox. Ona əvvəlcədən bütün məlumatları təqdim etmək lazım idi. Mən də edilməyən şeyi edərək, ona xəbərdarlıq etdim ki, belə bir incəlik mövcuddur. O, tam məlumatlandırılmamışdı, mən də ona müvafiq məlumatları çatdırdım”, – Baş nazir əlavə edib.
Nikol Paşinyan və Vladimir Putinin aprelin 1-də Moskvada baş tutan görüşündə Rusiya Prezidenti Rusiya vətəndaşlığı olan şəxslərin seçkilərdə iştirak etməsi ilə bağlı Ermənistan Baş nazirinə xahişini çatdırıb.
#Vladimir Putin teqi istifadə olunub
- Paşinyanın Moskvada 1 aprel sınağı | Ermənistanda “soyuq savaş”ın ilk qığılcımları - Baku TV
- Rusiya və Ermənistan liderlərinin Moskva görüşündə diqqətçəkən məqam - Baku TV CANLI
- Putin - Paşinyan görüşündə gərginlik: Rusiya Ermənistana siyasi mesaj verdi? - AKTUAL GÜNDƏM
- Putin və Paşinyan arasında görüş keçirildi | Nələr müzakirə olundu? - Baku TV
- Vladimir Putin Bakı Rus Dram Teatrına görə İlham Əliyevə təşəkkür etdi - Baku TV
