Paşinyan: Telekanallar ölkədə sabitliyi pozmağa cəhd etməməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 24-də keçirdiyi onlayn mətbuat konfransında ölkədə Rusiya kanallarının bağlanmasına münasibət bildirib.
O, buna səbəb kimi Rusiya mediasının Ermənistanın daxili işlərinə qarışmasını göstərib:
“2020-ci ilin dekabrından Ermənistan və Rusiya arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin sənəd Ermənistanda Rusiya kanallarının, Rusiyada isə erməni kanallarının yayımını tənzimləyir.
Orada aydın şəkildə göstərilib ki, telekanallar ölkənin daxili işlərinə qarışmağa və ya ölkə daxilində sabitliyi pozmağa cəhd etməməlidir. Bizim dövlət qurumları, o cümlədən Televiziya və Radio Komissiyası, Yüksək Texnologiyalar Sənayesi Nazirliyi bu sahədə müəyyən problemlər qeydə alıb.
Fikrimizcə, son aylar bu razılaşma pozulur. Ermənistan 2 ölkə arasındakı dostluq münasibətlərini nəzərə alaraq qarşı tərəfi məsləhətləşmələrə dəvət edib. Ümid edirəm ki, bu məsləhətləşmələr problemi normal, işgüzar, dostluq şəraitində həll etmək üçün mümkün qədər tez baş tutacaq”.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Teleradio Komissiyası Rusiya televiziya kanallarının respublika ərazisində yayımı haqqında sazişin müddəalarının pozulması faktını aşkarlamışdı.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
