Paşinyanı özündən çıxaracaq sorğu | Nə qədər insan ondan narazıdır?
Ermənistanda respondentlərin təxminən 66 %-i ölkənin Baş naziri Nikol Paşinyanın işini bəyənmir.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu, “MPG/Gallup International Аssociation” tərəfindən 27 fevral-6 mart tarixlərində Ermənistanda keçirilən sorğunun nəticələrində öz əksini tapıb. Sorğuda 1 100 respondent iştirak edib.
MPG-nin məlumatına görə, sorğuda iştirak edənlərin yalnız 9 %-i Baş nazirin fəaliyyətindən tam razıdır. Eyni zamanda sorğunun nəticələrinə görə, hakim “Vətəndaş müqaviləsi” Partiyasının reytinqi 0,5 % yüksəlib.
Ermənistan vətəndaşlarının 11,8 %-i parlament seçkilərinin qarşıdan gələn bazar günü keçiriləcəyi təqdirdə hakim qüvvəyə səs verməyə hazır olduğunu bildirib.
MPG-nin məlumatına görə, respondentlərin 73 %-i ölkədəki siyasi vəziyyəti qeyri-sabit, 6,4 %-i isə tam sabit hesab edir.
#Ermənistan teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
