Peskov Rusiyanı narahat edən məsələyə aydınlıq gətirdi
“Ukrayna Silahlı Qüvvələrinin Belarus sərhədinə yerləşdirilməsi düz deyil və bu məsələ Moskvanın narahatlığına səbəb olub”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Belarus ittifaq dövlətidir, bizim bütün müvafiq qurumlar, o cümlədən xüsusi xidmətlər arasında xüsusi dialoq formatlarımız var və müdafiə nazirliklərimiz tərəfdaş kimi daim əlaqə saxlayırlar. Ona görə də əlbəttə ki, bu təkcə Minski deyil, həm də Moskvanı narahat edən səbəblərdir. Çünki biz, həqiqətən, müttəfiq və tərəfdaşıq”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Dmitri Peskov həmçinin Rusiyanın Ukrayna ilə dialoqun mümkünlüyü barədə də danışıb. Bildirib ki, rəsmi Moskva Kiyev ilə bağlı istənilən dialoqa açıqdır.
“Prezident Vladimir Putin dəfələrlə bildirib ki, Kreml qarşıya qoyulan məqsədlərə nail olmaq üçün istənilən təmasa, dialoqa açıqdır. Biz bu açıqlığı qoruyuruq, Prezident də bu barədə dəfələrlə danışıb”, – deyə D.Peskov Kremlin vasitəçilərlə danışıqları dəstəkləməyə hazır olub-olmadığı ilə bağlı suala cavab verərkən bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski “The Philadelphia Inquirer” nəşrinə müsahibəsində deyib ki, o, Moskva ilə danışıqların mümkün modelini “Taxıl sazişi”nə bənzər üçtərəfli saziş formatında görür.
Xatırladaq ki, “Taxıl sazişi” formatında danışıqlarda vasitəçi qismində BMT və Türkiyə iştirak edib.