Pezeşkian ABŞ ilə müzakirələrin davamına yaşıl işıq yandırdı - Baku TV
İran Prezidenti Məsud Pezeşkian İranın Ali Milli Təhlükəsizlik Şurasının ABŞ ilə dialoqun davam etdirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Bu barədə İran Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunub.
Məsud Pezeşkian bildirib ki, Şura ABŞ ilə aparılan danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edib.
“Şura belə nəticəyə gəlib ki, danışıqlar kursu davam etdirilməlidir”, – deyə o vurğulayıb.
Pezeşkian qeyd edib ki, hazırda bəzi media resursları İranın sabiq ali dini lideri Əli Xameneinin ABŞ ilə danışıqların yolverilməzliyi ilə bağlı əvvəlki bəyanatlarını yayımlayırlar. Lakin o vurğulayıb ki, Xamenei ilə bu məsələni şəxsən müzakirə edib və həmin vaxt ali lider danışıqların ləyaqətli şərtlərlə aparılmasına və davam etdirilməsinə razılıq verib.
Pezeşkian əlavə edib ki, son hadisələrə baxmayaraq, Tehran qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağa nail olub. Onun sözlərinə görə, son həftələr ərzində aparılan diplomatik fəaliyyət müsbət nəticələr verib və Fars körfəzi ölkələri ilə mövcud olan bir çox problem və anlaşılmazlıq həll mərhələsinə daxil olub.
İran Prezidenti bildirib ki, region ölkələri ilə münasibətlərin normallaşdırılması Tehranın xarici siyasətində əsas prioritetlərdən biri olaraq qalır.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
- ABŞ Prezidenti ilə iranlı həmkarı görüşə bilər | Trampdan açıqlama - Baku TV CANLI
- İran lideri bölgədə xarici qüvvələrin iştirakına qarşı çıxdı - Baku TV
- Tehran Vaşinqtonu xalqı iqtisadi təzyiqlərlə çökdürməkdə ittiham edir - Baku TV
- Çin-İran əlaqələrində soyuq münasibətlər dövrü başlayır? - Baku TV
