Pleyeri seçin:

Podolyak Ukrayna Ordusunun son vəziyyəti ilə bağlı Baku TV-yə danışdı

22 may 2024 401 baxış

Son vaxtlar Ukraynada Xarkov vilayəti istiqamətində Rusiya Ordusunun irəliləməsi ciddi ajiotaj yaradıb. Xüsusilə də sərhəddə müharibənin yenidən qızışması vəziyyətin gərginliyini daha da artırıb.

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Ukrayna Ordusunun bu istiqamətdə anidən geriləməsini və hazırkı vəziyyəti şərh edib.

O, Ukraynanın müdafiə sisteminin yetərli olmadığını bildirib.

“Xarkov istiqamətində baş verənlərə baxaq. Rusiya il ərzində çox sayda resurs yığdı, bunlar canlı qüvvə, döyüş sursatıdır və buna görə də aktivləşib. Ukraynada bəzi hərbi proqramlar bloklandı və buna görə də bizdə resurs qıtlığı yarandı. Nə vaxtsa Ukrayna yenə də effektiv müdafiə üçün kifayət qədər resursa sahib olacaq. Yəni tezliklə ABŞ yardımı tam olaraq açılacaq, Avropa yardımı artırılacaq. Əlavə olaraq hazırda Rusiya əsas istiqamətlərdə özümüzü müdafiə etməyimiz çətin olsun deyə cəbhə xəttini uzatmağa çalışır. Bu, əsas ərazilər – Donetsk, Luqansk və Zaporojyedir”, – M.Podolyak qeyd edib.

O vurğulayıb ki, Donetsk istiqamətində sərt döyüşlər hələ də davam edir: “Donetskdə daha çox artilleriyadan istifadə edilir. Orada Rusiya texnikası və hərbi personalı məhv edilir. Yəni bu ərazilər Rusiya üçün də prioritet olaraq qalır”.

M.Podolyak əlavə edib ki, Xarkovdan ərazi tutmağa cəhd edən Rusiya qoşunları oradakı sərhəd ərazilərdən irəli getməyib. Rusiya Şimali Xarkov istiqamətində Ukrayna ərazisinə maksimum 10 kilometr irəliləyib. Bu səbəbdən hazırda Xarkovda ağır döyüşlər gedir.

Qeyd edək ki, hazırda Ukraynanın Xarkov vilayətinin Vovçansk şəhəri də daxil olmaqla Rusiya Ordusu ilə Ukrayna Ordusu arasında qızğın küçə döyüşləri gedir.

Yaxın Şərqdə yeni müharibə başlayır? | Ər-Riyad hücumlara nə cavab verəcək? - ANA XƏBƏR

Yaxın Şərqdə yeni müharibə başlayır? | Ər-Riyad hücumlara nə cavab verəcək? - ANA XƏBƏR

Dünya
17 sentyabr 2026 401 baxış
"Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV

"Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV

Dünya
17 sentyabr 2026 401 baxış
Vaşinqton hərbi güc tətbiqindən imtina edir

Vaşinqton hərbi güc tətbiqindən imtina edir

Dünya
17 sentyabr 2026 401 baxış
Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI

Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI

Dünya
17 sentyabr 2026 401 baxış
Serbiya Prezidenti qərardan sonra sabitliyin qorunmasını ölkəsi üçün əsas prioritet adlandırıb

Serbiya Prezidenti qərardan sonra sabitliyin qorunmasını ölkəsi üçün əsas prioritet adlandırıb

Dünya
17 sentyabr 2026 401 baxış
Ukrayna ordusunun Luqansk istiqamətində irəliləyiş cəhdi etdiyi bildirilir

Ukrayna ordusunun Luqansk istiqamətində irəliləyiş cəhdi etdiyi bildirilir

Dünya
17 sentyabr 2026 401 baxış
ABŞ Prezidenti münaqişənin həlli ilə bağlı nikbin danışaraq razılaşma ehtimalını gündəmə gətirib

ABŞ Prezidenti münaqişənin həlli ilə bağlı nikbin danışaraq razılaşma ehtimalını gündəmə gətirib

Dünya
17 sentyabr 2026 401 baxış
Tehran Yaxın Şərqdə gərginliyin nizamlanmasında Pekinin təklif etdiyi prinsiplərə önəm verdiyini açıqlayıb

Tehran Yaxın Şərqdə gərginliyin nizamlanmasında Pekinin təklif etdiyi prinsiplərə önəm verdiyini açıqlayıb

Dünya
17 sentyabr 2026 401 baxış
Hörmüz boğazında neft daşımalarının həcmi və İranın nəzarəti ilə bağlı müzakirələr yenidən gündəmdədir

Hörmüz boğazında neft daşımalarının həcmi və İranın nəzarəti ilə bağlı müzakirələr yenidən gündəmdədir

Dünya
17 sentyabr 2026 401 baxış
Nepalda daşqınlar nəticəsində ölənlərin sayının 1400-ü keçdiyi bildirilir

Nepalda daşqınlar nəticəsində ölənlərin sayının 1400-ü keçdiyi bildirilir

Dünya
17 sentyabr 2026 401 baxış
Seçilmişlər
icon