Pleyeri seçin:
Portuqaliyada faciə: Üç günlük matəm elan edildi
Portuqaliyanın paytaxtı Lissabonda məşhur “Gloria” funikulyoru relsdən çıxaraq qəzaya uğrayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 15 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb.
Qeyd edilir ki, funikulyor qəfil idarəetmədən çıxaraq küçə ilə eniş edən zaman binaya çırpılıb.
Qəzanın səbəbi hələlik açıqlanmayıb. Hadisə ilə əlaqədar Lissabonda üç günlük matəm elan olunub.
Kopyalandı
