Pleyeri seçin:

Eyni yerdə ikinci dəhşət! | Ölənlərin sayı getdikcə artır!

04 sentyabr 2025 195 baxış

Portuqaliyanın paytaxtı Lissabon şəhərində “Gloria” funikulyorunun relsdən çıxması nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Onlardan 7-si kişi, 8-i qadındır. Digər 2 nəfərlə bağlı məlumat verilməyib. Qəza zamanı 21 nəfər xəsarət alıb. Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilir ki, funikulyor qəfil idarəetmədən çıxaraq küçə ilə eniş edən zaman binaya çırpılıb. Qəzanın səbəbi hələlik açıqlanmayıb. İki vaqonlu və hər vaqonunun 40 sərnişin tutumu olan funikulyorda qəza zamanı neçə nəfərin olduğu dəqiq məlum deyil.

Baş nazir Luiş Monteneqru hadisə ilə bağlı gündəlik proqramının bir hissəsini ləğv edib, yalnız Nazirlər Şurasının iclası və Ukrayna ilə bağlı “istəklilər koalisiyası” liderlərinin görüşündə videobağlantı vasitəsilə iştirakını saxlayıb.

“Gloria” funikulyoru Lissabonun mərkəzini Bayru Altu rayonu ilə birləşdirir. 19-cu əsrdə fəaliyyətə başlayan funikulyor 2002-ci ildə milli abidə elan edilib. Hər il ondan üç milyondan çox sərnişin istifadə edir. 2018-ci ildə də burada qəza baş verərək nəqliyyat vasitəsi relsdən çıxsa da, həmin vaxt itki olmayıb.

Hadisə ilə əlaqədar Lissabonda matəm elan edilib.

Rusiyanı təcili hərəkətə keçirən şəxs görün kimdir

Rusiyanı təcili hərəkətə keçirən şəxs görün kimdir

Dünya
08 dekabr 2025 195 baxış
Qalmaqal | Bu küçələrin adlarının dəyişdirilməsi tələb edilir

Qalmaqal | Bu küçələrin adlarının dəyişdirilməsi tələb edilir

Dünya
08 dekabr 2025 195 baxış
Şaraa yenidən inqilabçı formasını geyindi

Şaraa yenidən inqilabçı formasını geyindi

Dünya
08 dekabr 2025 195 baxış
Alimlərdən ulduzlararası kometa ilə bağlı qeyri-adi məlumat

Alimlərdən ulduzlararası kometa ilə bağlı qeyri-adi məlumat

Dünya
08 dekabr 2025 195 baxış
“Tramp Zelenskiyə dedi ki...” | Putinin köməkçisi danışıqlardan söz açdı

“Tramp Zelenskiyə dedi ki...” | Putinin köməkçisi danışıqlardan söz açdı

Dünya
08 dekabr 2025 195 baxış
Ara qarışdı: Çinlə Yaponiya arasında gərginlik pik həddə - Baku TV CANLI

Ara qarışdı: Çinlə Yaponiya arasında gərginlik pik həddə - Baku TV CANLI

Dünya
08 dekabr 2025 195 baxış
“Hamı pulları istəyir, amma...” | Qlobal maliyyə sistemini ağır nəticə gözləyir?

“Hamı pulları istəyir, amma...” | Qlobal maliyyə sistemini ağır nəticə gözləyir?

Dünya
08 dekabr 2025 195 baxış
Çernobıl AES-in qoruyucu təbəqəsi zədələndi

Çernobıl AES-in qoruyucu təbəqəsi zədələndi

Dünya
08 dekabr 2025 195 baxış
İsrailin Baş naziri siyasətdən gedəcək?

İsrailin Baş naziri siyasətdən gedəcək?

Dünya
08 dekabr 2025 195 baxış
Kremlin sözçüsü Vaşinqtonun səylərini təvazökar təminat adlandırdı

Kremlin sözçüsü Vaşinqtonun səylərini təvazökar təminat adlandırdı

Dünya
08 dekabr 2025 195 baxış
Seçilmişlər
icon