Putinin İranla bağlı məxfi planı | Bu təklif hər şeyi dəyişəcək?
Kreml ABŞ və İran arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu açıqlayıb.
Təklif Vaşinqtonun Tehranı nüvə proqramı ilə bağlı danışıqlara başlamağa çağırdığı, əks halda hərbi əməliyyatlara əl atacağı ilə hədələdiyi bir vaxta təsadüf edir. Bəs Rusiyanın vasitəçilik təklifində məqsəd nədir?
Birincisi, Rusiya ABŞ-nin Ukrayna üzrə danışıqlarda vasitəçi rolunu tarazlamaq istəyir. Moskvada yaxşı başa düşürlər ki, əgər sülh ABŞ-nin vasitəçiliyi ilə əldə edilərsə, bu zaman Vaşinqton müqavilədə öz maraqlarının əks olunmasını təmin edəcək. Digər tərəfdən, Rusiya ABŞ qarşısında iqtisadi güzəştlərə getməyə məcbur ola bilər. Başqa bir məsələ isə bundan sonra Rusiyanın ABŞ qarşısında diplomatik zəiflik yaşamasıdır. Donald Tramp hər nə qədər rəsmi Moskvanın mənafeyini müdafiə etsə də, Rusiya postsovet məkanındakı bir ölkə ilə konfliktin həllində vasitəçinin ABŞ olmasını istəmir.
Rəsmi Moskvanın vasitəçiliyə həvəsli olmasının ikinci səbəbi isə İrana müdaxilənin Rusiyaya sərf etməməsidir. Çünki bu, onsuz da iqtisadiyyatla bağlı nikbin proqnozu olmayan Rusiyanın daha pis vəziyyətə düşməsinə səbəb ola bilər. ABŞ İranla problemi özü həll etmək istəyir. Ancaq son təzyiq və təhdidlər danışıqların vasitəçisiz baş tutacağına inamı azaldır.
Qeyd edək ki, ABŞ ilə İran arasında danışıqların aprelin 12-də Omanda keçirilməsi planlaşdırılır. Vasitəçi məsələsinə isə aydınlıq gətirilməyib.
#ABŞ teqi istifadə olunub
- Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib - Baku TV
- ABŞ-Ukrayna birgə iqtisadi təşəbbüsləri nəzərdən keçirilib
- Tramp FIFA Sülh Mükafatına layiq görüldü
- Stiv Uitkoff ilə Rusiya Prezidenti arasında görüş necə keçib? - Baku TV CANLI
- Supergüclərin sensasiyalı “sülh oyunu” | Rusiya-ABŞ danışıqlarından sonra nə baş verəcək? - Baku TV
