Qara dəliyin sirri açıldı | Kosmosdakı partlayış o həddə çatdı ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Astronomlar Yer kürəsindən 500 milyon işıq ili uzaqlıqdakı cırtdan qalaktikada çox sürətli və parlaq partlayış aşkar ediblər.
Əvvəlcə onun fövqəlnova ola biləcəyi güman edilirdi, amma ətraflı təhlil alimləri bu nəzəriyyəni rədd etməyə məcbur edib.
Onların fikrincə, belə bir partlayış orta kütləli qara dəlik yaxınlıqdakı ulduzu udduğu zaman baş verə bilər.
Partlayışın cəmi 4 gündə yüksək parlaqlıq həddinə çatdığı, ardınca 2-3 gündə əhəmiyyətli dərəcədə zəiflədiyi deyilir. Bu günə qədər astronomlar cəmi 12 belə sirli kosmik partlayış qeydə alıblar. Onlar güman edirlər ki, kütləsi Süd Yolundan təxminən 400 dəfə az olan cırtdan qalaktikanın mərkəzində orta kütləli qara dəlik var.
Elm adamlarının fərziyyələrinə görə, bu, Süd Yolu kimi böyük qalaktikalardakı superkütləli qara dəliklərin tikinti bloklarıdır.
#Yer kürəsi teqi istifadə olunub
- Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı
- Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır
- Planetin daxilindəki sirli strukturlar nədir və alimlər onları necə araşdırır?
- Yer kürəsi yeni sınaq qarşısındadır? | Mütəxəssislərdən həyəcan təbili - Baku TV
- Yerin təbii peykindən ötürücü kimi istifadə ediləcək
