Qərbin artan təsirləri Ermənistana necə təsir edəcək? | Rusiya XİN-dən açıqlama
“Artıq bəllidir ki, Qərbin erməni mediasına təsiri yaxşı heç nə vəd etmir. Amerikanın, Qərbin təsir dairəsinə düşən bütün ölkələrdə biz bunu müşahidə edirik. Əsas niyyət burada anti-Rusiya mövqeyini gücləndirib, ictimai fikirlərdə Rusiyanı dost olmayan obrazda təqdim etməkdir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin keçirdiyi brifinqdə jurnalistlərə deyib.
“Bununla da Qərb əsrlər boyu dayanıqlı halda davam edən Ermənistan-Rusiya qardaşlıq, dostluq münasibətlərinə kölgə salmaq istəyirlər. Hələ ötən il Rusiya-Ermənistan Jurnalistlər Forumu keçirildi. Jurnalist həmkarların bundan sonra da bərabər çalışacağı və informativ çətinliklərlə üzləşməyəcəyinə ümid edirik. Bu istiqamətdə peşəkar tərzdə işbirliyimizi davam etdirməyə və yaranan bütün problemləri aradan qaldırmağa hazırıq”, – o qeyd edib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır
- "Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama
- Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama
- "Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI
- Rusiya NATO və Aİ ölkələrinə cavab verdi
