Dünya
Pleyeri seçin:

Qəzzada gizli zirzəmilər tapıldı: İsraildən yeni video

14 noyabr 2023

Qəzzaya girən İsrail Müdafiə Ordusu adından videomüraciət ünvanlanıb.

Müraciəti ordunun rəsmi nümayəndəsi Daniel Haqari hər kəsin anlaması üçün məhz ingilis dilində səsləndirib. TSAXAL-ın sözçüsü bölgədə HƏMAS-a aid gizli silah anbarının aşkar edildiyini və qruplaşmanın komanda mərkəzinin məhz buradan idarə olunduğunu iddia edib.

O, həmçinin girov götürülən israillilərin və xarici vətəndaşların da məhz bu sığınacaqların birində, uşaq xəstəxanasının zirzəmisində saxlanıldığını bildirib. D.Haqari Rantisi hospitalının zirzəmisində saxlanılan silahların videogörüntülərini yayaraq HƏMAS-ı Qəzza ərazisindəki tibb müəssisələrindən müharibə aləti kimi istifadə etməkdə günahlandırıb.

Rantisi hospitalı TSAXAL hərbçiləri tərəfindən noyabrın 13-də ələ keçirilib. Aşkar edilən silahların əksəriyyətinin isə öldürülən İsrail əsgərlərinə məxsus olduğu bildirilib. Zirzəmidə həmçinin HƏMAS yaraqlılarına məxsus motosikletlər də tapılıb.

Ehtimal olunur ki, israillilər və xarici vətəndaşlar oktyabrın 7-də məhz bu motosikletlərlə qaçırılıb.

“HƏMAS tibb müəssisələrində gizlənir. Bu gün biz bunu bütün dünyaya göstərəcəyik”, – deyən Daniel Haqarinin sözlərinə görə, məhz usaq xəstəxanalarının sığınacaq kimi seçilməsi təsadüfi deyil.

Çünki qruplaşma üzvləri İsrail Ordusunun mülki obyektlərə zərbələr endirməyəcəyini bildiyi üçün xəstəxanalardan qalxan kimi istifadə edir:

“Bunlar partlayıcı vasitələrdir. Usaq xəstəxanasında əl qumbaraları, “Kalaşnikov” avtomatları, kamikadze kəməri nəyə lazımdır? Bunların mövcudluğu terror hadisələrinin qaçılmaz olduğunu sübut edir. HƏMAS-ın bu iyrənc addımlarını bütün dünyaya sübut kimi videomüraciətimizdə təqdim edirik”.

Noyabr ayının 13-ü Qəzza zolağından geri qayıdan D.Haqari brifinq təşkil edib. Brifinq zamanı o, beynəlxalq təşkilatlara səslənib və sığınacaq kimi istifadə olunan xəstəxanalara yardım ayırmamağa çağırıb.

Qeyd edib ki, yaraqlıların sığındığı bu yerlər məhz baş verə biləcək əks-hücumlar zamanı daha çox dinc insanın ölümünə şərait yaratmaq üçün seçilib.

Ordu rəsmisi yaxın günlərdə girovların saxlanıldığı ehtimal edilən zirzəmi otaqlarına baxış keçirilməsi üçün Qəzzaya və Rantisi hospitalına xüsusi ekspertiza qrupunun göndəriləcəyini də vurğulayıb.

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya

Rusiya XİN-dən Ermənistanın KTMT-yə pul göndərməməsinə reaksiya

Dünya
16 may 2024
Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşdü

Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşdü

Dünya
16 may 2024
Moskvadakı silahlı hücuma görə saxlanılanların həbs müddəti uzadıldı

Moskvadakı silahlı hücuma görə saxlanılanların həbs müddəti uzadıldı

Dünya
16 may 2024
Zelenski Xarkovda yaralı hərbçiləri ziyarət etdi

Zelenski Xarkovda yaralı hərbçiləri ziyarət etdi

Dünya
16 may 2024
Danielyan erməniləri başına topladı | Hökumət binası mühasirə altında

Danielyan erməniləri başına topladı | Hökumət binası mühasirə altında

Dünya
16 may 2024
Fransa DİN-dən vacib məlumat | Yeni Kaledoniyada vəziyyət gərginləşir

Fransa DİN-dən vacib məlumat | Yeni Kaledoniyada vəziyyət gərginləşir

Dünya
16 may 2024
Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

Türkiyəyə qarşı gizli planın ifşası | Coşqun Başbuğ sirləri açdı

Dünya
16 may 2024
Kişilər sinələri üçün pul tökür, zibilyığan olmağa can atırlar | Rio de Janeyro - ORALARDA NECƏDİR?

Kişilər sinələri üçün pul tökür, zibilyığan olmağa can atırlar | Rio de Janeyro - ORALARDA NECƏDİR?

Dünya
16 may 2024
Rusiya kanallarından gizli məlumat | Ukraynaya xüsusi döyüşçülər göndərilir?

Rusiya kanallarından gizli məlumat | Ukraynaya xüsusi döyüşçülər göndərilir?

Dünya
16 may 2024
Baqrat uşaqlarla inqilaba hazırlaşır? | Keşişin dəhşətə gətirən görüntüləri

Baqrat uşaqlarla inqilaba hazırlaşır? | Keşişin dəhşətə gətirən görüntüləri

Dünya
16 may 2024
Seçilmişlər
icon