Dünya
Pleyeri seçin:

Qocalan beyini bərpa edirlər, amma... | ABŞ-də qalmaqal yaradan üsul

20 avqust 2024

İnsanlar yüzilliklər ərzində sonsuz həyatın sirrinin və ya ən azından qocalma prosesini ləngidəcək üsulun axtarışındadırlar.

Görünür, alimlər ölümə qalib gəlməyə bir addım da yaxınlaşmış olublar. Belə ki, ABŞ hökuməti qocalan beyinə yeni hüceyrələrin implantasiyası ilə bağlı maraqlı bir tədqiqatı maliyyələşdirməyə başlayıb. Bu tədqiqat çərçivəsində qocalmış beyin hüceyrələrinin laboratoriya şəraitində ərsəyə gətirilmiş yeni hüceyrələr ilə əvəz edilməsi nəzərdə tutulub.

Genetika üzrə mütəxəssis Jean Hebert ölümə qalib gəlməyə imkan verəcək tibbi cərrahiyyə üsulunun hazırlanması üçün ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən 110 milyon dollar həcmində qrant əldə edib.

Qeyd edilmiş proses özündə zədələnmiş və ya qocalma prosesində olan beyin hüceyrələrinin laboratoriya şəraitində yetişdirilmiş insan embrionlarının toxumaları ilə əvəz edilməsini birləşdirir.

Güman olunur ki, zədələnmiş və ya qocalma prosesində olan beyin toxumasını bu üsul çərçivəsində laboratoriya şəraitində ərsəyə gətirilmiş neyron kök hüceyrələrinin köməyi ilə bərpa etmək mümkün olacaq.

Qeyd etmək lazımdır ki, kök hüceyrələr insan bədəninin istənilən hissəsinin hüceyrələrinə transformasiya ola bilir. Bu hüceyrələr həmçinin mayalanmış yumurtanın böyüyərək daha qəliz orqanizmə çevrildiyi zaman insan embrionlarında da çoxlu miqdarda olur.

Təklif edilmiş yeni tibbi üsulun əsasında da məhz bu hüceyrələr dayanır. Lakin heç də hamı bu layihəni dəstəkləməyib. Jean Hebertin sözlərinə əsasən, beyin toxumasının əvəz edilməsi prosesi hələ keçən il siçanlar üzərində aparılmış testlər çərçivəsində ilk müsbət nəticələri sərgiləmişdi.

Siçanlar üzərində aparılmış testlər çərçivəsində əldə edilmiş müsbət nəticələr sayəsində ABŞ hökuməti növbəti testlərin primatlar üzərində aparılmasına icazə verib.

Qeyd etmək lazımdır ki, beyin zədələnməsinə məruz qalmış laboratoriya siçanları bu prosesdən keçən zaman alimlər onların qocalma prosesində olmuş beyinlərinə yeni kök hüceyrələrini implantasiya ediblər.

Daha sonra aparılmış müşahidələr zamanı məlum olub ki, siçanların əldə etmiş olduqları yeni beyin hüceyrələri aktivləşib və siçanların beyinləri ilə qarşılıqlı əlaqədə olmağa başlayıb. 

Maraqlı tapıntıların siyası | Meksikada üzə çıxan maskanın görün neçə yaşı var imiş

Maraqlı tapıntıların siyası | Meksikada üzə çıxan maskanın görün neçə yaşı var imiş

Dünya
23 noyabr 2024
Zelenski bir çox məmur və məşhurlarla bağlı təcili fərman imzaladı | Siyahıda elə adamlar var ki...

Zelenski bir çox məmur və məşhurlarla bağlı təcili fərman imzaladı | Siyahıda elə adamlar var ki...

Dünya
23 noyabr 2024
Polşa Baş naziri xəbərdarlıq etdi | Müharibə elə bir mərhələyə keçdi ki…

Polşa Baş naziri xəbərdarlıq etdi | Müharibə elə bir mərhələyə keçdi ki…

Dünya
23 noyabr 2024
Hava şəraiti insanların başına oyun açdı | Türkiyədə əhaliyə xəbərdarlıq edildi

Hava şəraiti insanların başına oyun açdı | Türkiyədə əhaliyə xəbərdarlıq edildi

Dünya
23 noyabr 2024
5 ölkə bu raketlərdən istifadə edəcək? | Rusiya-Ukrayna savaşında həlledici məqam

5 ölkə bu raketlərdən istifadə edəcək? | Rusiya-Ukrayna savaşında həlledici məqam

Dünya
23 noyabr 2024
Trampın komandasında qalmaqal | Ən böyük dəstəkçisi ondan üz çevirəcək?

Trampın komandasında qalmaqal | Ən böyük dəstəkçisi ondan üz çevirəcək?

Dünya
23 noyabr 2024
Avropanın “Dəmir Ledi”sindən Putin barədə gözlənilməz etiraf | Məni ən çox heyrətləndirən...

Avropanın “Dəmir Ledi”sindən Putin barədə gözlənilməz etiraf | Məni ən çox heyrətləndirən...

Dünya
23 noyabr 2024
İnsan həyatı təhlükə altında | Su ilə bağlı araşdırma nələri ortaya çıxardı?

İnsan həyatı təhlükə altında | Su ilə bağlı araşdırma nələri ortaya çıxardı?

Dünya
23 noyabr 2024
Xəstəxanada tükürpərdən hadisə | Övladlarını itirən ailə daha bir dəhşət yaşadı

Xəstəxanada tükürpərdən hadisə | Övladlarını itirən ailə daha bir dəhşət yaşadı

Dünya
23 noyabr 2024
Bu ölkədə qaydalar sərtləşdirildi | Heyvan sahibi sürücülər hansı halda həbs ediləcək?

Bu ölkədə qaydalar sərtləşdirildi | Heyvan sahibi sürücülər hansı halda həbs ediləcək?

Dünya
23 noyabr 2024
Seçilmişlər
icon