Dünya
Pleyeri seçin:

Peskov Ukraynanı belə günahlandırdı | Kiyev bu problemlərin...

28 avqust 2024

“Özlərini kollektiv Qərb ölkələri adlandıranlar Ukraynadakı münaqişəyə görə artıq “boğaza qədər zibilə batıb”.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Bildirib ki, Kiyevin Kursk bölgəsinə hücumları da özbaşına deyil. Onun sözlərinə görə, bu hadisə regionda həddindən artıq gərginlik yaradır.

Kremlin sözçüsü onu da qeyd edib ki, avqustun 6-da Kursk vilayətinə təşkil edilən hücum Ukraynanın “Rusiya ərazisini ələ keçirmək planının” bir hissəsi idi. D.Peskov bu hadisəni uğursuz cəhd kimi qiymətləndirərək Ukraynaya dəstək olan Qərb ölkələrini qınayıb.

“Kursk Atom Elektrik Stansiyasında nüvə təhlükəsinin artmasında Ukrayna tərəfinin günahı daha aydın görünür. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi ilə baş tutan danışıqların sonunda “Rosatom” belə qərara gəldi ki, PUA zərbələrinin məhz AES tərəfə endirilməsi ciddi təhlükə deməkdir.

Amma buna baxmayaraq, məlum səbəblərə görə sözügedən qurumun məsuliyyət daşıyanları elan etmək səlahiyyətinin olmaması faktı dəyişmir. Hər şey göz qabağındadır. Ukrayna bütün bu problemlərin və təhlükələrin özəyidir”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 22-də ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı iclas keçirib. O, iclas zamanı bildirib ki, Ukrayna Ordusu Kursk AES-ə zərbələr endirməyə cəhd edib. Rusiya lideri müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnovdan stansiyanın hazırkı vəziyyətini də soruşub. O isə cavabında vəziyyətin stabil və nəzarət altında olduğunu bildirib.

İsrail Müdafiə Ordusundan təcili məlumat | Qətlə yetirilən şəxslər kimdir?

İsrail Müdafiə Ordusundan təcili məlumat | Qətlə yetirilən şəxslər kimdir?

Dünya
25 noyabr 2024
30-a yaxın balinanı yerli sakinlər xilas etməyə çalışır

30-a yaxın balinanı yerli sakinlər xilas etməyə çalışır

Dünya
25 noyabr 2024
Bu maşınlar hamının diqqətini çəkdi | Çində beynəlxalq avtomobil sərgisi

Bu maşınlar hamının diqqətini çəkdi | Çində beynəlxalq avtomobil sərgisi

Dünya
25 noyabr 2024
Türkiyədə dağıntılara səbəb olan faciəvi hadisə | Ölən var

Türkiyədə dağıntılara səbəb olan faciəvi hadisə | Ölən var

Dünya
25 noyabr 2024
Troya döyüşü mifdir, ya tarixi fakt? - Homerin "İliada"sında mübahisəli məqamlar

Troya döyüşü mifdir, ya tarixi fakt? - Homerin "İliada"sında mübahisəli məqamlar

Dünya
25 noyabr 2024
Bayden Ukrayna ilə bağlı nəyə hazırlaşır? | Politoloqdan sensasiyalı şərh

Bayden Ukrayna ilə bağlı nəyə hazırlaşır? | Politoloqdan sensasiyalı şərh

Dünya
25 noyabr 2024
Daha bir ölkədə ara qarışdı | Prezident və xanımı üçün killer tutan kimdir?

Daha bir ölkədə ara qarışdı | Prezident və xanımı üçün killer tutan kimdir?

Dünya
25 noyabr 2024
İsrail kəşfiyyatından sensasiya | Yəhudi ravvinin ölümü səs-küyə səbəb oldu

İsrail kəşfiyyatından sensasiya | Yəhudi ravvinin ölümü səs-küyə səbəb oldu

Dünya
25 noyabr 2024
Tbilisidə yenidən etiraz aksiyası keçirilir | Gürcülər nədən narazıdır?

Tbilisidə yenidən etiraz aksiyası keçirilir | Gürcülər nədən narazıdır?

Dünya
25 noyabr 2024
Tramp Ukrayna üçün həlledici hərəkəti edəcək? | Kiyevin əsas problemi isə…

Tramp Ukrayna üçün həlledici hərəkəti edəcək? | Kiyevin əsas problemi isə…

Dünya
25 noyabr 2024
Seçilmişlər
icon