Dünya
Pleyeri seçin:
Pezeşkian bu qadına yüksək vəzifə verdi | Vəzifəyə gətirilən qadın kimdir?
İran Prezidenti Məsud Pezeşkianın təklifi ilə avqustun 28-i Fatimə Mühacirani İranın hökumət sözçüsü təyin edilib.
Bu barədə yerli mətbuatda məlumat verilib.
Qeyd edək ki, F.Mühacirani ölkədə bu vəzifəyə təyin edilən ilk qadındır.
Məlumat üçün bildirək ki, o, 1970-ci ildə İranın Ərak şəhərində anadan olub. Hökumət sözçüsü postunu tutana qədər Şəriəti Qızlar Texniki və Peşə Universitetinə rəhbərlik edib.
2017-ci ildə isə keçmiş təhsil naziri tərəfindən Parlaq İstedadlar Mərkəzinin direktoru təyin olunub.
Kopyalandı
Seçilmişlər