Pleyeri seçin:

Qonşu ölkələrlə əməkdaşlığı özümüz üçün prioritet məsələ qoymuşuq | Olqa Stefanişina

10 may 2024 85 baxış

Ukraynanın paytaxtı Kiyevdə keçirilən şəhərlər və regionların inkişafı ilə bağlı beynəlxalq sammitdə ölkənin Avropa İttifaqından gözləntilərinə toxunulub.

Baku TV-nin Şərqi Avropa bürosunun sammitdən verdiyi məlumata görə, Ukrayna Baş nazirinin müavini, Avropa məsələləri üzrə nazir Olqa Stefanişina keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, hazırda Avropa İttifaqı ilə prioritet müzakirə mövzusu budur və təşkilatla Ukrayna üçün yeni layihələr razılaşdırılıb.

“Avropa İttifaqına üzvlük hər şeydən əvvəl qələbəmizi möhürləməyə, təkcə silahların köməyi ilə deyil, həm də iqtisadi əlaqələrin köməyi ilə daimi fasiləsiz sülhü təmin etməyə imkan verəcək bir yoldur. Bu gün biz Avropa İttifaqı ilə danışıqlar prosesinə başlamaq üçün rəsmi qərarın qəbulu ərəfəsindəyik. Aİ-yə səyahətimizin bu mərhələsində biz qonşu ölkələrlə tərəfdaşlığın inkişafını özümüz üçün prioritet qoymuşuq. Bunlar Polşa, Macarıstan, Rumıniya, Slovakiya, hətta Bolqarıstan kimi ölkələrdir.

Aİ-nin üzvü olanlar, o cümlədən üzvlük prosesində olanlar təkcə bizim dostlarımız deyil, bazardakı rəqiblərimiz də olacaqlar. Ona görə də bu gün bu əlaqələrimizin inkişafının prioriteti məhz bu məsələnin regional aspektidir. Elə indi, müzakirələr zamanı parlament əvvəlki sazişlərdən fərqli olaraq yüzmilyonlarla regionlararası əməkdaşlıq layihəsinə yol açan 4 əsas sazişi ratifikasiya etdi. Avropa ilə birgə olacaq bu layihələr Ukraynanın işğal altında olmayan bütün ərazisində mövcud olacaq. Əvvəllər bunlar yalnız sərhəd bölgələri idi, lakin bu gündən etibarən Xarkov, Odessa, Nikolaev və Dnepr iştirak edə biləcək”, – o qeyd edib.

Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Tramp Tehrandan qeyd-şərtsiz kapitulyasiya tələb edib

Dünya
06 mart 2026 85 baxış
ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV

ABŞ və İsraillə hərbi gərginlik İrana baha başa gələcək? - Baku TV

Dünya
06 mart 2026 85 baxış
İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV

İsraildən növbəti dəhşətli hava hücumundan anbaan video - Baku TV

Dünya
06 mart 2026 85 baxış
Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR

Trampdan İranla bağlı qalmaqallı açıqlama - ANA XƏBƏR

Dünya
06 mart 2026 85 baxış
İsrail Ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib - Baku TV

İsrail Ordusu Xameneinin bunkerinin məhv edildiyini elan edib - Baku TV

Dünya
06 mart 2026 85 baxış
SEPAH Hörmüz boğazında neft tankerinə zərbə endirdi

SEPAH Hörmüz boğazında neft tankerinə zərbə endirdi

Dünya
06 mart 2026 85 baxış
Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI

Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI

Dünya
06 mart 2026 85 baxış
İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI

İranın Naxçıvana hücumundan sonra kritik qərar verildi - Baku TV CANLI

Dünya
06 mart 2026 85 baxış
İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı

İrana qarşı əməliyyat bitdikdən sonra Kubanı nə gözləyir? – Tramp açıqladı

Dünya
06 mart 2026 85 baxış
ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

ABŞ İrana qarşı əməliyyatda “Shahed” dronunun analoqundan istifadə edir

Dünya
06 mart 2026 85 baxış
Seçilmişlər
icon