Pleyeri seçin:

Qrenlandiya müxalifətindən Danimarkaya sərt ittiham

12 yanvar 2026 663 baxış

"Danimarka Qrenlandiyanı öz tərkibində saxlamağa çalışaraq NATO-nun parçalanmasına zəmin yaradır".

Bunu adanın müxalif "Naleraq" partiyasının lideri Pele Broberq deyib.

"Danimarka Qrenlandiyanı öz tərkibində saxlamaq üçün panika içində hərəkət edərək NATO alyansının dağılmasına yol açmaq üzrədir, halbuki Qrenlandiya sadəcə olaraq Danimarkanın tərkibində qalmaq istəmir", – deyə siyasətçi vurğulayıb.

O qeyd edib ki, adanın gələcəyi ilə bağlı danışıqlar ilk növbədə ABŞ və Qrenlandiya arasında aparılmalıdır, Danimarka isə bu prosesə yalnız dəstək verə bilər.

Siyasətçi həmçinin qrenlandiyalıları müstəqillik tələblərində ehtiyatlı olmağa çağıran analitiklərin bəyanatlarını tragikomik adlandırıb, çünki bu, ABŞ-nin maraqlarına xidmət edə bilər.

Onun fikrincə, vəziyyətin deeskalyasiyası üçün əsas vasitə Vaşinqton və Qrenlandiya arasında birbaşa imzalanacaq yeni müdafiə sazişi ola bilər.

"Biz nə danimarkalı, nə də amerikalı olmaq istəyirik. Biz qrenlandiyalı olmaq istəyirik", – deyə Broberq fikrini yekunlaşdırıb.

Bundan əvvəl "Financial Times" qəzeti yazıb ki, Qrenlandiyanın xarici işlər naziri Danimarkanın iştirakı olmadan ABŞ nümayəndələri ilə görüşün keçirilməsi imkanına eyham vurub. Bununla belə, "Verian" şirkətinin keçirdiyi sosioloji sorğunun nəticələri göstərir ki, qrenlandiyalıların 85%-i amerikalı olmaq istəmir, çünki Danimarkada həyat səviyyəsinin daha yüksək olduğunu hesab edirlər.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 663 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 663 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 663 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 663 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 663 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 663 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 663 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 663 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 663 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 663 baxış
Seçilmişlər
icon