"Baku TV"nin əməkdaşı qaynar bölgədə: bölgədə vəziyyət gərgindir
Baku TV-nin İsraildəki xüsusi müxbiri Leyli Məhərrəm qaynar bölgədən son məlumatları təqdim edib.
Jurnalistin sözlərinə görə, İsrailin TSAXAL silahlı qüvvələri Kfar Aza kəndində 40-ı körpə və uşaq olmaqla 200 insanın meyitini aşkarlayıb.
Qeyd olunub ki, Livandan İsrailə 15 raket atılıb. Buna cavab olaraq TSAXAL silahlı qüvvələri də Livana zərbə endirir: “Baş Qərargahda ölkənin şimalındakı vəziyyətlə bağlı təcili iclas keçirilib. ABŞ-nin aviasiya daşıyıcısı İsrailin su bufer zonasına yaxınlaşıb. ABŞ İsrailə ikinci aviasiya daşıyıcısını göndərmək barədə düşünür”.
Həmçinin bildirilib ki, TSAXAL-ın məlumatına görə, 1300-ə yaxın israilli öldürülüb, 3400-dən çox yaralı var. Qəzzada yüzlərlə insan əsir götürülüb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına gəlincə isə Qəzza sektorunda ölənlərin sayı 1200-ü ötüb, 5700 nəfər yaralanıb.
#İsrail teqi istifadə olunub
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
- 235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA
