Pleyeri seçin:
"Bayraktar Kızılelma" uçuşu uğurla başa vurdu
Türkiyənin ilk pilotsuz döyüş aparatı “Bayraktar Kızılelma”nın ikinci uçuşu uğurla başa çatıb. Səmadakı sınaqlar çərçivəsində dron Tekirdağın Çorlu şəhərindəki tədris və sınaq mərkəzində ikinci uçuşunu həyata keçirib.
“Baykar” şirkətinin İdarə Heyətinin sədri və texnologiya direktoru Səlcuq Bayraktarın rəhbərliyi altında həyata keçirilən uçuş zamanı Sistem Tanıma Testi uğurla tamamlanıb.
Qeyd edək ki, 2021-ci ildə başladılan “Kızılelma” layihəsinin ilk uçuşu 2022-ci il dekabrın 14-də baş tutub. Bununla da Türkiyənin aviasiya və müdafiə sənayesi tarixində yeni bir dövrə qədəm qoyulub. “Bayraktar Kızılelma” xüsusilə qısa uçuş zolağı olan gəmilərdə enmə və qalxma qabiliyyəti ilə fərqlənən layihədir.
Kopyalandı
#Bayraktar Kızılelma teqi istifadə olunub
- Pilotsuz təyyarədən dəqiq zərbə | Reaktiv hava hədəfi vuruldu
- Dünyada ilk | Türkiyənin düşmənə qorxu salan "Kızılelma" döyüş təyyarəsi - HƏRBİ XRONİKA
- Nəfəs kəsən anlar | “Bayraktar KIZILELMA”dan uğurlu nəticə
- Dünyada rəqabət aparacaqsansa, sərmayə qoymalı olacaqsan | Haluk Bayraktar
- “Kızılelma” daha bir sınaqdan uğurla çıxdı
