Pleyeri seçin:

"Forbes"in siyahısı: "Haber Global" "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" sırasında - Baku TV

16 iyul 2026 443 baxış

“Global Media Group”un tərkibinə daxil olan “Haber Global” televiziya kanalı “Forbes Türkiyə” və dünyanın aparıcı data və biznes analitikası platformalarından biri olan “Statista”nın birgə keçirdiyi “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” araşdırmasının nəticələrinə əsasən, ölkənin ən yaxşı işəgötürənləri sırasında yer alıb və rəsmi sertifikata layiq görülüb.

Araşdırmanın metodologiyasına əsasən, siyahı Türkiyə əmək bazarında fəaliyyət göstərən şəxslər arasında keçirilən müstəqil onlayn sorğunun nəticələri əsasında formalaşdırılıb. 2025-ci ilin oktyabrından 2026-cı ilin fevralınadək davam edən araşdırma çərçivəsində iştirakçıların həm öz işəgötürənləri, həm də fəaliyyət göstərdikləri sahədəki digər şirkətlərlə bağlı 200 mindən çox qiymətləndirməsi toplanıb.

Araşdırma anonim və müstəqil şəkildə həyata keçirilib. Şirkətlərin müraciət və ya ödəniş yolu ilə siyahıya daxil olması mümkün olmayıb, qiymətləndirmə zamanı yalnız əməkdaşların rəyləri əsas götürülüb.

Ən yüksək nəticə göstərən 400 şirkət sırasında yer alan “Haber Global”ın bu uğuru telekanalın işəgötürən brendinin əməkdaşlar tərəfindən müsbət qiymətləndirildiyini göstərir.

“Haber Global”ın nüfuzlu siyahıda yer alması telekanalın daxili korporativ mədəniyyətinə, əməkdaşlara yanaşmasına və keyfiyyətli iş mühitinin formalaşdırılmasına verdiyi önəmin göstəricisidir. Bu nəticə eyni zamanda telekanalın media sektorunda etibarlı və cəlbedici işəgötürən mövqeyini gücləndirir. 

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 443 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 443 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 443 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 443 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 443 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 443 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 443 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 443 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 443 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 443 baxış
Seçilmişlər
icon