"Hörmüz boğazı onlardan başqa hər kəsə açıqdır" | Pezeşkiandan sərt mesaj - Baku TV
Hörmüz boğazı İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıqdır.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, İranı dünya xəritəsindən silmək illüziyası tarix yaradan bir millətin iradəsinə qarşı yönələn çarəsizliyin sübutudur.
“Təhdidlər və terror yalnız birliyimizi gücləndirir. Hörmüz boğazı ərazimizə hücum edənlər istisna olmaqla, hamı üçün açıqdır. Döyüş meydanında təhdidlərə qarşı möhkəm dururuq”, – deyə İran Prezidenti qeyd edib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bəyan edib ki, artıq amerikalılarla danışmağın mənası yoxdur.
“Onlar bizi hücum etməmək vədləri ilə aldatdılar və danışıqlarda əhəmiyyətli irəliləyişlərdən sonra belə, yenə də hücum etmək qərarına gəldilər. Bu, acı bir təcrübədir və etibar tamamilə itir. Regional müharibə diplomatiyanın qapısını əbədi olaraq bağlayacaq”, – deyə o əlavə edib.
#Hörmüz boğazı teqi istifadə olunub
- Ruttedən sensasiyalı açıqlama | NATO ölkələri İrana qarşı birləşir? - Baku TV
- İranın cavabı gecikmədi | Böyük Britaniya müharibəyə qoşulur? - Baku TV
- "Elə güclü zərbələr olacaq ki..." | Müttəfiqləri ABŞ-ni tək qoydu | İranın əsas gücü - YEKUNLAŞDIRAQ
- İran İsrail və ABŞ-nin 127 dronunu zərərsizləşdirib
- Hörmüz boğazı ABŞ və İsraildən başqa hamı üçün açıqdır | Əli Musəvi
